Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı bütöv bir islahatlar proqramının mərhələlərindən biri və bir tsiklin sonudur. Ona görə ki, bu əfv sərəncamı çox geniş əhatədə siyasi münasibətlərə təsir edən bir fərmandır və əslində liberal siyasi islahatların çox mühüm bir mərhələsidir. Bu əfv sərəncamının siyasi proseslərdə yerinin nədən ibarət olduğunu görmək üçün bütün islahatlar prosesinə bütöv, həm də sadə şəkildə baxmağa ehtiyac var. Əvvəldən bugünədək bu istiqamətdə atılmış addımlara qısaca nəzər salaq.
Birinci addım
Məsələ ondadır ki, bu gündən baxanda islahatların hələ 26 sentyabr 2016-cı ildə Konstitusiyaya dəyişiklikləri nəzərdə tutan referendumla başladığını görürük. Həmin referendum bütün sahələri əhatə edəcək gələcək islahatların həyata keçirilməsi üçün Prezident və islahat komandasını zəruri hüquqi və administrativ baza ilə ilə təmin etdi.
İkinci addım
Bunun ardınca islahatlarda ikinci addım atıldı və 2017-ci ildə Birinci vitse-prezidentlik institutu yaradıldı və Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildi. Bu, islahatın yükünü paylaşmaq üçün əlavə administrativ imkan yaratdı, o biri tərəfdən də qarşıdan gələn genişmiqyaslı islahatların əsas aparıcısı olan Prezidentin siyasi, hüquqi və administrativ təhlükəsizliyini daha da möhkəmləndirdi.
Üçüncü addım
İslahatlara hazırlığın üçüncü addımı kimi Prezident seçkisi 6 ay əvvələ çəkilərək, 2018-ci ilin aprelində keçirildi. Bu da islahatlar üçün əlavə 6 ay vaxt qazanmaq və seçkini daha təhlükəsiz siyasi şəraitdə keçirmək məqsədi daşıyırdı.
Dördüncü addım
Prezident seçkisindən dərhal sonra islahatların dördüncü addımı atıldı: əsasən iqtisadi bloku əhatə edən kadr islahatları aparıldı. Yeni nazirlər təyin edildi.
Beşinci addım
Beşinci addımda 1) korrupsiyaya qarşı mübarizə gücləndi, 2) şəffaflığın tam təmin edilməsi hədəf götürüldü, 3) kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına başlanıldı, 4) struktur islahatları, 5) vergi islahatları, 6) gömrük islahatları keçirildi.
Altıncı addım
İslahatların daha bir istiqaməti və daha bir addımı isə siyasi müxalifətə aksiyalar keçirilməsi üçün icazələrin verilməsi oldu. 2018-ci ilin martından sentyabrınadək müxalifət partiyaları martın 10-da, martın 31-də, aprelin 14-də, sentyabrın 23-də olmaqla, 4 dəfə icazəli kütləvi aksiya keçirdilər. Sonuncu belə aksiya 2019-cu il yanvarın 19-da keçirildi. Ancaq bu, islahatların ən həssas məqamı olduğuna görə bu məsələdə xüsusi ehtiyatlılıq müşahidə olunur. Ona görə ki, kütləvi aksiyalar prosesinə nə hakimiyyətin, nə də müxalifətin nəzarət etməsi çətin olan dağıdıcı elementlər qoşula və dinc prosesi dağıdıcı istiqamətə yönəldə bilir. Bu amil dinc kütləvi aksiyaların pozucu qüvvəyə çevrilməsi təhlükəsinə qarşı tədbirlərin görülməsi və siyasi prosesi nəzarətdə saxlamaq zərurəti bu sahədə yüz ölçüb, bir biçməyi qaçılmaz edir.
Yeddinci addım
Yeddinci mərhələdə islahatların ilkin nəticələri özünü göstərdi: büdcəyə əlavə gəlirlər daxil oldu, iqtisadiyyat 2015-2017-ci illərin staqfliyasiyasından sonra bərpa olunmağa başladı. Və İslahatın növbəti addımı kimi sosial islahatlar keçirildi: 1) Minimum pensiyalar artırıldı; 2) Minimum əməkhaqları artırılaraq, minimum ehtiyac səbətinə çatdırıldı; 3) Problemli kreditlər məsələsinin həllinə başlanıldı; 4) İstismara qəbul edilməmiş evlərlə bağlı problemin həlli üçün amnistiya xarakterli qərar qəbul edildi. Nəhayət, 5) Prezident gələn ildən icbari tibbi-sığorta sisteminin tətbiq ediləcəyini bəyan etdi.
Səkkizinci addım
Prezidentin məhkəmə-hüquq sistemində islahatlar haqda mədəniyyət xadimləri ilə görüşdə elan etməsini isə bu sahədə də artıq prosesin başlanması kimi qəbul etmək olar. Bu sahədə dərin islahatları nəzərdə tutan qanun layihəsi artıq Milli Məclisə təqdim olunub və hətta birinci oxunuşdan da keçib. Və odur ki, biz bunu islahatların səkkizinci mərhələsi kimi qiymətləndirə bilərik.
Doqquzuncu addım
İndi biz 3 il əvvəl başlamış və addım-addım aparılan islahatların növbəti mərhələsinin, doqquzuncu addımının şahidiyik. Bu, məhz yuxarıda altıncı addım kimi qeyd etdiyimiz, ən həssas hesab edilən siyasi islahatlara aid mərhələdir. “Siyasi məhbus” hesab edilən şəxslərin həbsdən azad edilməsi məhz islahatların növbəti addımı hesab edilməlidir. Yəni, sonuncu Əfv Sərəncamı sadəcə, bir humanist və hüquqi akt deyil. Bu, siyasi yükü çox böyük olan humanizm və hüquqi aktdır: Siyasi islahat və humanizm məqsədilə imzalanmış hüquqi akt!
Bu son əfv sərəncamı və bütövlükdə islahatların həyata keçirilmiş 1-ci tsikli:
- Siyasi münasibətlərdəki gərginliyi aradan qaldırır;
- Ölkədə siyasi psixoloji, sosial və iqtisadi atmosferi xeyli yumşaldır;
- Siyasi proseslərin sonrakı mərhələsi üçün əlverişli zəmin yaradır;
- Bundan sonrakı liberal islahatları mühüm siyasi mühitlə təmin edir;
- Xarici investorların qeyri-neft sektoruna sərmayələri üçün əlverişli siyasi mühiti yaradır;
- Siyasi məqsədlərlə “siyasi məhbus” terminindən istifadə etməyə çalışan ermənipərəst xarici dairələrin əl-qolunu bağlayır.
Bununla da 3 il ərzində bəzi mərhələlərdə spiralvari trayektoriyadan keçmiş, 9 addımdan ibarət bütöv bir siyasi islahatlar tsikli başa çatdı. Bu tsikl yuxarıda siyasətdən başlayıb, aşağıda siyasətdə bitdi. Ona görə ki, islahatın çıxış nöqtəsi siyasətdir. Bu səbəbdən də bir tsikl olaraq siyasi nöqtədən başlayıb, siyasi nöqtədə də dövrü başa vurur.
Başqa sözlə, islahatlar Konstitusiyaya dəyişikliklə, hüquqi və administrativ hazırlıqla başladı, sonra komandada islahatlar keçirilməklə siyasi-administrativ sferaya keçdi, daha sonra liberal islahatlarla iqtisadi sferaya sirayət elədi, paralel olaraq siyasi müxalifətin aksiyalarına icazə verilməklə siyasi sahəyə təsir etdi, bunun ardınca sosial sahəyə keçib, məntiqi davamına adladı, nəhayət, yenidən siyasi sferaya qayıdaraq siyasi məhbus adlanan məhbusların əfvinə səbəb oldu.
Bu il və gələn il isə birinci tsikli başa çatmış islahatların əsas həlqələrində: siyasi, məhkəmə-hüquq, administrativ, iqtisadi, sosial sahələrdə islahatların daha da dərinləşəcəyinin şahidi olacağıq.
Təbii ki, cəmiyyət olaraq islahatçıları və islahatları dəstəklədiyimiz halda!

İbrahim Məmmədov,
Tarix üzrə fəlsəfə doktoru
Tarix üzrə fəlsəfə doktoru