Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda bu gün baş verən hərbi çevriliş barədə danışıb.
O, Sudandakı siyasi problemlərin sülh şəraitində həll edilməli olduğunu və hər çevrilişin bir itki olduğunu bildirib:
“Davamlı olaraq seçki yolu ilə seçilən və yoluna belə davam edən, amma çevrilişin nə demək olduğunu bilən biriyəm. Sudan bizim dərin əlaqələrimiz olan bir ölkədir. Bu ölkənin demokratikləşmə yoluna getməsini istəyirəm. Hazırda oradan çox fərqli xəbərlər gəlir. Prezident Ömər Əl Bəşirlə bağlı dəqiq nəsə demək mümkün deyil”.
Qeyd edək ki, 15 iyul 2016-cı ildə Türkiyədə də hərbi çevrilişə cəhd edilsə də, xalqın böyük iradəsi nəticəsində bunun qarşısı alınıb.
Tehsil-press.az