“Eurovision”un 10 finalçısı bəlli oldu - Video

“Eurovision”un 10 finalçısı bəlli oldu - Video 64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.
Bu axşam layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.
**
Müsabiqənin açılışını ötən il qalib olan Netta Barzilai etdi.
Şounun aparıcılığı Bar Rafaeli, Erez Tal, Assi Azar və Lusi Ayoubaya həvalə olunub.
**
Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San Marino təmsilçiləri səhnə performanslarını nümayiş etdirdi.
**
Səsvermə başladı.
Qeyd edək ki, Azərbaycan bugünkü yarımfinalda səsvermə hüququna malik deyil.
**
Səsvermə bitdi.
**
Finala vəsiqə qazanan 10 ölkə: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər.

Hüseyn Məmmədsalahov




Oxşar xəbərlər