Bakıda faciəvi şəkildə ölən 4 dostla bağlı DƏHŞƏTLİ FAKTLAR

Bakıda faciəvi şəkildə ölən 4 dostla bağlı DƏHŞƏTLİ FAKTLAR Dünən Xəzər dənizinin Bakı Şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsi sahilində boğularaq ölən 4 nəfərlə bağlı dəhşətli məqamlar üzə çıxıb.
Burulğana düşərək dənizdə batan gənclərdən 1992-ci il təvəllüdlü Əli Cavadov və 1991-ci il təvəllüdlü Murad Əzizov ailəli olub. Onların ikisinin də körpə övladları qalıb. Hadisə nəticəsində ölən 1991-ci il təvəllüdlü Kamran Hacıquliyev isə nişanlı olub və yaxın günlərdə toyu olacaqmış. Meyiti hələ tapılmayan Bəlopba Babayevə gəlincə, iyulun 26-da onun toyu olubmuş və cəmi 2 gün imiş ki, ailə həyatı qurubmuş.
Qeyd edək ki, Kürdəxanı sakini olan 8 dost dünən dəniz sahilində xeyli futbol oynayıblar. Dostlar yekunda dənizə giriblər və bu zaman burulğana düşüblər. Sahildən uzaqlaşamağ başlayan gənclərdən 4-nü ölümün pəncəsindən xilas etmək mümkün olsa da, digər 4 nəfər batıb. Onlardan Kamran və Muradın meyiti artıq tapılaraq ailəsinə təhvil verilib. Digər iki şəxsin axtarışı isə davam etdirilir.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər