Avropanı idarə edən övladsız liderlər - Təhlükəsi nədir?

Avropanı idarə edən övladsız liderlər - Təhlükəsi nədir? Avropanı idarə edən siyasətçilərin əksəriyyətinin övlad sahibi olmadıqları məlum olub. Bura Fransa prezidenti Emmaunel Makron, Almaniya kansleri Angela Merkel, Britaniyanın keçmiş baş naziri Tereza Mey, Lüksemburq, Şotlandiya, Hollandiya və İsveçin baş nazirləri, Avropa Komissiyasının əvvəlki sədri Jan Klod Yunker daxildir.
Beynəlxalq Kabbala Akademiyasının banisi Mixael Laytman mövcud vəziyyəti şərh edərək bunu insanın gələcək dünyaya daxili tələbatının olmaması ilə əlaqələndirib:
“Övladı olmayan siyasətçiləri yalnız öz hakimiyyətləri düşündürür. Biz dünyanı kimlərə əmanət edirik? Uşaqlarımıza, nəvələrimizə... Belə insanlar isə gələcəyə aid heç bir hissə sahib deyillər.
Qucağında körpə olan qadın təsəvvür edin. Həmin uşaq o qadın üçün hər şey deməkdir! Qadın o körpə üçün yaxşı olan hər bir şeyi etməyə, onu qoruyub-saxlamağa hazırdır. Ancaq qlobal problemləri həll edən uşaqsız insanların dünyaya bu cür münasibəti yoxdur. Onların qucağında körpə yoxdur... Bu dəhşətdir!
Övladı olmayan insanlar dünyaya liderlik edir, qərarlar qəbul olunur, təsəvvür edirsiniz?! Onlar üçün sabah nə baş verəcəyi maraqsızdır.
Laytman çoxuşaqlı dövlətlərdə də ciddi problemlərin olduğunu bildirib.
“Dünyanın uşaqlı digər yarısına gəldikdə isə, çoxuşaqlı, dini ekstremizmin hökm sürdüyü dövlətlərdə uşaq artırmaq onları ölümə - şəhid olmağa göndərmək deməkdir. “Mənim oğlum şəhiddir!” – bununla fəxr edirlər. Sən düşməninə ölüm arzulaya bilərsən, ancaq bunu nə üçün oğlunun üzərindən edirsən? Bu da “uşağım səmaya qalxacaq, cənnətə gedəcək” düşüncəsinə görədir. Qəribədir...”.

Tehsil-press.az

Oxşar xəbərlər