Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbi davam edir.
Yay məktəbinin səmərəli keçməsi üçün Bursanın İznik əyalətinə səfər təşkil olunub. Ekskursiyada tələbələr Yaşıl Came, Əşrəfzadə və Ayasofiya məscidlərini, Abdulvəhab təpəsini, həmçinin Lefke qapısını ziyarət ediblər.
Yaşıl Cameni ziyarət zamanı tələbələrə bildirilib ki, məscid Çandarlı Xəlil Xeyrəddin Paşanın sifarişinə əsasən, Memar Hacı Musa tərəfindən 1378–1391-ci illərdə inşa olunub. Çandarlı Xəlil Xeyrəddin Paşanın vəfatından sonra tikilinin inşasını onun oğlu Əli Paşa 1391–1392-ci illərdə tamamlayıb. Osmanlı memarlığının önəmli abidələrindən olan Yaşıl Came təkqübbəli ibadət evidir.
Gənclər daha sonra Əşrəfzadə məscidini ziyarət ediblər. Məscid məşhur türk təsəvvüfçüsü Əşrəf Ruminin oğullarından Əşrəfzadə Abdullah tərəfindən 1469-cu ildə tikilib. Yunanların hücumundan sonra xarabalığa çevrilmiş ibadət ocağı 1950-ci ildə bərpa olunub.
Ayasofiya məscidini ziyarət zamanı tələbələrə dini müəssisə haqqında ətraflı məlumat verilib. Məbəd əvvəllər kilsə kimi fəaliyyət göstərib. Osmanlı dövründə isə məscid kimi müsəlmanların ixtiyarına verilib.
Abdulvəhab təpəsi və Lefke qapısı tarixi məkanları tələbələrin böyük marağına səbəb olub. Məlumat verilib ki, Bursa Osmanlı tarixinin önəmli şəhərlərindəndir, həmçinin Osmanlı dövləti yarandığı vaxtlarda isə paytaxt statusu daşıyıb.
Xatırladaq ki, yay məktəbində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstandan gəlmiş İlahiyyat fakültəsinin tələbələri də iştirak edirlər. Yay məktəbinin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi baxımından vacibdir. Eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından, xüsusi əhəmiyyət kəsb edir.
Aİİ-nin qarşıya qoyduğu əsas məqsədlərdən biri İslam və digər dünya dinləri haqqında dərin biliklərə yiyələnən, tərəfsiz və bütün konfessiyalara dözümlü yanaşan din xadimləri yetişdirməklə yanaşı, intellektual, elmi potensiallı, səriştəli və savadlı kadrlar hazırlamaqdır.
İki qrupda təşkil olunan yay məktəb Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi və Diyanət İşləri Başqanlığı arasında razılaşmaya əsasən təşkil olunub.
Aİİ-nin Mətbuat Xidməti