BŞBPİ: Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq

BŞBPİ: Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına münasibət bildirilib.
Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Tehsil-press.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizdə ictimai-siyasi proseslər qanunla tənzimlənir: “Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaqdır”.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) oktyabrın 8-də Bakı İcra Hakimiyyətinin qarşısında aksiya təyin edib. Onlar şəhərin mərkəzi hissələrində aksiya keçirmək üçün yer tələb edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər