“Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Qahirədə təhsil alan azərbaycanlı gənclərlə növbəti görüşü 28 May – Respublika Günündə baş tutub.
Azərbaycanlı tələbələri bayram münasibətilə təbrik edən diaspor sədri onlara qarşıdakı imtahanlarda uğurlar arzulayıb, gənclərin məişət problemləri ilə maraqlanıb. Builki Respublika Gününün torpaqlarımızın azad olunması uğrunda Vətən müharibəsində şanlı Qələbə sevinci ilə qeyd edildiyini söyləyən S.Nəsirov diqqətə çatdırıb ki, Misirdəki diaspor təşkilatı bu gündən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək məqsədilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə start götürən “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak edir. Diaspor təşkilatımız, həmçinin 28 May - Respublika Günü münasibətilə keçirilən və 58 ölkədən 367 soydaşımızın iştirak etdiyi virtual konfransa qatılıb.
Görüşdə qeyd olunub ki, tələbələrimiz Vətən müharibəsi dövründə və Qələbədən sonra sosial şəbəkələrin ərəb seqmentində Azərbaycanın haqq işi və ədalətli mövqeyi barədə həqiqətlərin yayılmasında fəal iştirak ediblər. Xüsusən, ərəb dilinə tərcümə olunmuş rəsmi məlumatlar ərəbdilli tələbələrə çatdırılıb. Diaspor sədri gənclərə tövsiyə edib ki, bundan sonra da ölkəmizlə bağlı həqiqətlərin yayılması, həmçinin erməni yalanlarının ifşa edilməsi istiqamətində səylərini davam etdirsinlər.
Tehsil-press.az