Bayden ölüm hökmünün ləğvini istəyir

Bayden ölüm hökmünün ləğvini istəyir ABŞ prezidenti Co Bayden ölkədə ölüm hökmünün ləğvini dəstəkləyir və onun icrası üzrə elan olunmuş maratoriumu irəliyə doğru addım hesab edir.
“Prezident edamların dayandırılmasını istədiyini açıq şəkildə ifadə edib. O, Baş prokurorun irəliyə addım atdığını gördüyü üçün sevinir”- deyə Psaki qeyd edib.
Xatırladaq ki, ABŞ Baş prokuroru Merrik Harland Ədliyyə Nazirliyinin müvafiq prosedurlarının yoxlanışı müddəti ərzində ölüm hökmlərinin federal səviyyədə icrasını dayandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər