UNEC məzunlarının bir çoxu Avropanın aparıcı universitetlərində təhsil alacaqlar

UNEC məzunlarının bir çoxu Avropanın aparıcı universitetlərində təhsil alacaqlar Bu il Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” qrupları məzunlarının bir çoxu beynəlxalq təqaüd proqramının qalibi olaraq Avropanın aparıcı universitetlərində təhsil alacaqlar.
“SABAH” qruplarından olan 216 bakalavrın 90 faizi magistraturaya qəbul olub. Məzunlardan 94 nəfəri yerli, 95 nəfər isə ABŞ, İtaliya, Türkiyə, Macarıstan, Polşa, Slovakiya, Çexiya, Estoniya, Litva və digər ölkələrin aparıcı universitetlərində magistratura təhsili almaq hüququ qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər