Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlərin yaradılması məqsədilə beynəlxalq və yerli qurumlarla əməkdaşlıqlar həyata keçirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, hazırda Dünya Bankı ilə birgə “Azərbaycanda məşğulluğa dəstək” layihəsi icra edilir. 22 min işsiz şəxsin cəlb ediləcəyi layihənin iştirakçılarına kiçik bizneslərini qurmaları üçün dəstək göstəriləcək.
Bundan başqa kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa dəstək” layihəsi bu il də davam etdirilir. 2021-ci il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 500 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Dövlət Məşğulluq Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi də özünüməşğulluq proqramına dəstək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində biznes planı təsdiq edilmiş əlilliyi olan şəxslərə öz bizneslərini qurmaları üçün aktivlər təqdim ediləcək.
Özünüməşğulluq proqramı çərçivəsində digər istiqamətlər olaraq “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi, “Biznesini yarat marafonu”, “Məktəbim” layihəsi, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı” layihəsi, “Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması” layihəsi və s. icra olunur.
Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.
Tehsil-press.az