ABŞ, Yaponiya və Koreya Respublikası Koreya Xalq Demokratik Respublikasından (KXDR) gələn kibertəhdidlərlə mübarizə üçün yeni işçi qrup yaratmaq niyyətindədir.
Bu barədə Ağ Evin yaydığı üç ölkənin birgə bəyanatında deyilir.
“Biz KXDR-in qeyri-qanuni kütləvi qırğın silahlarını və ballistik raket proqramlarını maliyyələşdirən kiberməkanda qeyri-qanuni fəaliyyəti ilə bağlı narahatlığımızı bildiririk. Mübarizə üçün beynəlxalq ictimaiyyət də daxil olmaqla əməkdaşlığımızı inkişaf etdirmək üçün yeni üçtərəfli işçi qrupunun yaradıldığını elan edirik”.
Bundan əlavə, tərəflər KXDR-in tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər və 2023-cü ilin sonuna qədər Pxenyanın raket buraxılışları ilə bağlı məlumat mübadiləsinə başlayacaqlarını bildiriblər. Bəyanatda o da qeyd olunur ki, üç ölkə avqustun ortalarında dəniz ballistik raketlərinin buraxılması ilə bağlı xəbərdarlıq sistemini artıq sınaqdan keçirib. “Bu yolla biz Şimali Koreyanın nüvə və raket təhdidlərinin qarşısını daha effektiv şəkildə almaq və onlara cavab vermək qabiliyyətimizi nümayiş etdirmək niyyətindəyik”, - deyə məlumatda bildirilir.
Tehsil-press.az