Alen Delon itlərinin yanında dəfn ediləcək

Alen Delon itlərinin yanında dəfn ediləcək Ötən gün vəfat edən fransız aktyor Alen Delon Fransanın şimalında yaşadığı Duşi kommunasında dəfn ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.

Dəfn mərasiminin bu həftə ərzində baş tutacağı qeyd olunub.

Telekanalın məlumatına görə, dünyaca məşhur aktyor öz itlərinin yanında torpağa tapşırılacaq. Qeyd olunub ki, Delon hər zaman heyvan haqlarının müdafiəsinin tərəfdarı olub və həyatı boyunca 50-dən çox itə sahiblik edib. Həmin ərazidə isə onun 35 iti dəfn edilib.

Bildirilir ki, aktyor onunla bağlı dəfn mərasiminin keçirilməsinin əleyhinə olsa da, Delonla vidalaşmaq üçün hər kəsə açıq tədbirin keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər