BSU-da yeni layihə -“Sən də birgünlük tələbə ol”

BSU-da yeni layihə -“Sən də birgünlük tələbə ol” Bakı Slavyan Universiteti (BSU) abituriyentlər üçün maraqlı layihəyə başlayır.
“Sən də birgünlük tələbə ol” adlı layihənin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etmək, mövcud ixtisaslar və təqaüd imkanları barədə onlara ətraflı məlumat vermək və ixtisas seçimində dəstək olmaqdır.
İştirakçılar, həmçinin BSU-nun professor-müəllim heyəti ilə tanış olmaq və seçdikləri ixtisas üzrə dərslərdə iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, BSU-da III və IV ixtisas qrupları üzrə (Azərbaycan və rus dillərində) tədris aparılır.
Layihədə iştirak etmək üçün http://shorturl.at/cFGM4 linkinə daxil olaraq qeydiyyatdan keçmək mümkündür.

Tehsil-press.az



Oxşar xəbərlər