Silahlılar türk məktəbinə basqın edib 7 nəfəri qaçırdı

Silahlılar türk məktəbinə basqın edib 7 nəfəri qaçırdı Nigeriyada türk məktəbinə silahlı basqın edilib.

Tehsil-press.az-ın məlumatına görə, silahlı şəxslər iki şagirdi və beş məktəb işçisini qaçırıblar. Qaçırılanlardan altısının nigeriyalı, birinin isə türk olduğu bildirilir. Hadisə Ogün əyalətində baş verib.
Ogun əyalət polisinin sözçüsü Abimbola Oyeyemi hadisə ilə bağlı bunları deyib: “7 nəfəri qaçıran silahlılardan heç biri tutulmayıb. Qurbanların zərər çəkmədən geri qaytarılması üçün əlimizdən gələni edirik”.
Məktəbin direktoru Yunus Emre Doğan isə jurnalislərə açıqlamasında terrorçuların məktəbin arxasından tunel qazaraq içəri girdiklərini ehtimal etdiyini bildirib. Yunus Emre Doğan qeyd edib ki, xəbərdarlıq siqnallarının işə düşdüyünü görən terrorçular məktəb mühafizəçilərinə atəş açaraq qaçıblar.

Tehsil-press.az

Oxşar xəbərlər