Sakit okeanın dərinliklərindən 1970-ci illərdə qadağan edilən kimyəvi maddələr tapılıb.
Təhsil-press.az xəbər verir ki, alimlər polixlorlaşmış difenil (PXD) və polibromlu difenil efirləri (PBDE) kimi çirkləndiricilərin dərin dəniz ekosistemlərində yüksək konsentrasiyasının olmasına təəccübləniblər. Nəticələr “Təbiət Ekologiyası və Təkamül” jurnalında dərc olunub. Nyukasl Universitetinin tədqiqatçıları Sakit okean səthinin dərinliklərində xərçəngkimilər növündən olan yanüzənlərin piy toxumasındakı çirkləndiricilərin səviyyələrini nümunə olaraq götürüblər. Heyvanlar 10 km-dən daha dərində və bir-birilərindən 7 min km uzaqlıqda yerləşən Mariana və Kermadek çökəklərindən əldə edilib.
PXD və PBDE XX əsrdə geniş istifadə olunsa da sonradan zərərli olduqları və təbiətdə toplanması təsbit edilib. PXB istehsalına 1979-cu ildə ABŞ-da və 2001-ci ildə BMT tərəfindən “Davamlı Üzvi Çirkləndiricilər”ə dair Stokholmda imzalanmış Sazişə əsasən qadağa qoyulub. 1930-1970-ci illər ərzində bu maddənin istehsalının1.3 milyon ton olduğu təxmin edilir.
Təhsil-press.az