Məhkəmədə zəhər içən general öldü - Video+ Yenilənib

Məhkəmədə zəhər içən general öldü - Video+ Yenilənib Bosniyalı general Haaqa tribunalının iclasında zəhər içib.
Bosniya xorvatlarının hərbi liderlərindən olan Slobodan Pralyak beynəlxalq tribunalın apellyasiya instansiyası onunla bağlı qərarı dəyişmədiyi üçün belə bir addım atıb. Generalın zəhər içməsinin görüntüləri canlı olaraq yayımlanıb. O, naməlum mayeni içdikdən sonra “Sadəcə zəhər içdim. Mən günahkar deyiləm. Bu hökmə qarşıyam” deyib. Hakim məhkəməyə ara verərək zala dərhal həkim çağırıb.



Qeyd edək ki, 72 yaşlı Pralyaka 2013-cü ildə 20 il həbs cəzası verilib.
***
S.Pralyak dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün cəhdinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə zəhər içən general öldü - Video+ YenilənibMəhkəmədə zəhər içən general öldü - Video+ YenilənibMəhkəmədə zəhər içən general öldü - Video+ Yenilənib

Tehsil-press.az


Oxşar xəbərlər