Azərbaycanlılar İrandakı xaosun qarşısını necə aldılar? - Şərh

Azərbaycanlılar İrandakı xaosun qarşısını necə aldılar? - Şərh İran İslam Respublikasında qiymətlərin artımı ilə başlayan qarışıqlıq antihökumət üsyan cəhdlərini uğursuzluğa düçar edərək boşa çıxdı. Halbuki, ABŞ-ın müttəfiq ölkələri bu etirazlara çox ümid bağlamışdılar. Bu barədə “Vestikavkaza” saytının İranda dekabrın 28-dən davam edən etirazlarla bağlı şərhində yazılır:
“Düzdür, Yeni il ərəfəsində bu nümayişlər İran hökuməti üçün tamamilə gözlənilməz oldu. İnsanların küçəyə çıxması üçün formal səbəb istehlak qiymətlərinin qarşısıalınmaz dərəcədə artması oldu, lakin iqtisadi tələblər gözlənilmədən siyasi xarakter almağa başladı. 2017-ci ilin dekabrın 28-də insanlar hərbi və siyasi obyektləri işğal etməyə cəhd etdilər.
Vəziyyət 2018-ci ilin yanvarın 2-dək son həddə qədər gərginləşdi. Belə ki, İranın Daxili İşlər Nazirliyi ölkənin Tehran, Məşhəd, İsfəhan və Rəşd kimi iri şəhərlərində keçirilən etirazlara 42 min insanın qatıldığını açıqladı.
Etiraf edək ki, etiraz etmək insanların ayrılmaz haqlarıdır, vətəndaşların isə bir çox tələbləri ədalətli idi. İran rəhbərliyi ABŞ və müttəfiqləri - Səudiyyə Ərəbistanı ilə İsraili ölkədə sabitliyi pozmaqda ittiham etdi, özü isə nümayişləri boğmağa məcbur oldu.
Analitiklər, xüsusilə hazırki situasiyada İranın etnik azərbaycanlılar yaşayan əyalətlərinin necə davranacağına diqqət ayırdılar. Belə ki, əgər etirazları ölkə əhalisinin 40 faizini təşkil edən bu əyalətləri də dəstəkləsəydilər, Tehran hökuməti müqavimət göstərə bilməyəcəkdi.
Baxmayaraq ki, azərbaycanlılar məskunlaşan əyalətlərdə həyat səviyyəsi aşağıdır, sosial problemlər, o cümlədən işsizlik kəskin yayılıb, İran azərbaycanlıları bu qərbyönümlü təbliğata uymadılar. Onlar dərk etdilər ki, “dünyəvi” millətçilərdən təşkil olunan üsyançılar bundan sonra türklərə qarşı daha sərt olacaqdılar.
Xüsusən də, qiyamı “İrana qarşı türk razılaşması” kimi təqdim etmək cəhdləri ayrı-ayrı milliyətçi təxribatçılar tərəfindən həyata keçirilmişdi. Onlar Türkiyənin də hadisələrlə əlaqəsini bəyan etməyə çalışsalar da, ABŞ-ın təzyiqlərinə belə baxmayaraq, türklər iranlı qiyamçıları dəstəkləmədilər.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı oldu və danışıqlar əsnasında Ərdoğan Ruhanini dəstəklədi və bildirdi ki, dinc aksiya keçirmək hüququndan istifadə zamanı qanunvericiliyin pozulması yolverilməzdir. İran prezidenti isə öz minnətdarlığını ifadə etdi.
Üsyançıları Azərbaycan da dəstəkləməkdən imtina etdi. Belə ki, XİN rəsmisi Hikmət Hacıyev bəyan etdi ki, Bakı İran qanunvericiliyinə uyğun olaraq hadisələrin dinc inkişafını dəstəkləyir.
İranda qarşıdurmalarla bağlı məhz Türkiyə və Azərbaycanın qanuni hökuməti antikonstitusiya yolu ilə devirmək cəhdindən, əslində isə sonsuz vətəndaş müharibəsi burulğanından müdafiə edən mövqelərini bəyan etmələrindən sonra İranın güc strukturları situasiyanı nəzarətə götürə bildilər. İranda sakitlik və sülhün bərqərar olunmasında həlledici rolu türk dövlətləri olan – Türkiyə və Azərbaycan, həmçinin qanuna riayət edən İran azərbaycanlıları oynadı.
İnanmaq istərdik ki, hələ yaddaşlarda çox təzə olan hadisələr İran rəhbərliyinə kimin düşmən, kimin dost olduğunu deyəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər