2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir.
Bunu Tehsil-press.az-a Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan fındığının ümumilikdə 30 ölkəyə ixracı planlaşdırılır. Bu, əvvəlki illərlə müqayisədə daha çoxdur. 2016-cı ildə Azərbaycan 25 ölkəyə, 2017-ci ildə isə 27 ölkəyə fındıq ixrac edib: “2017-ci ilin 11 ayı ərzində biz xaricə 800 min tondan çox fındıq ixrac etmişik, dekabrda isə ilkin hesablamalara görə bu rəqəm 8 min tona yaxındır. Daha çox fındıq İtaliya, Rusiya və Almaniyaya ixrac olunur”.
Assosiasiya sədri qeyd edib ki, ixracın genişlənməsi üçün Xaçmaz və Zaqatala rayonlarında fındıq istehsalı və emalı üzrə bir neçə müəssisə tikilir. Onların tikintisi 2018-ci ilin sonunadək başa çatmalıdır.
Tehsil-press.az