Azərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunub

Azərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunub Azərbaycan Universitetinin kollektivi 20 yanvar faciəsinin 28-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə qərənfillər düzülüb.
Universitetin inzibati binasında isə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu ilə birgə “Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “Müstəqilliyimizin bərpasına gedən yol – 20 Yanvar” adlı anım tədbiri keçirilib.
Əvvəlcə “20 yanvar tələbələrin gözü ilə” foto və rəsm stendinə baxış keçirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, 20 Yanvar faciəsini törədənlərin məqsədi milli azadlıq hərəkatını boğmaq və Azərbaycanda kommunist rejimi saxlamaq idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid olanlar tariximizə parlaq bir səhifə yazaraq müstəqilliyimizin bərpası üçün yol açıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezident yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev açaraq tarixi faciənin kökləri, onu doğuran səbəblər və nəticələri haqqında danışıb. 20 Yanvar hadisəsinin milli şüurun, müstəqillik düşüncəsinin formalaşmasındakı rolunu xüsusilə vurğulayan aparat rəhbəri qeyd edib ki, faciəyə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. İsaxan Vəliyev məruzəsində prezident İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini də vurğulayıb.
İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev qeyd edib ki, Bakının küçələrinə və meydanlarına axışaraq keçmiş SSRİ rəhbərliyinin yanlış siyasətinə öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı qeyri-adekvat güc tətbiq olunub. Baş verən hadisələr yalnız faciə kimi dəyərləndirilməməlidir. O, həm də sovet rejiminə qarşı dirəniş hərəkatı, tariximizin dönüş nöqtəsidir.
Gecənin şahidlərindən Maliyyə və iqtisadiyyat kafedrasının müdiri Nəriman Böyükkişi öz xatirələrini bölüşüb, Salyan kazarmasının qarşısında baş verən hadisələri nəql edib.
Tədbir Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın çıxışı ilə yekunlaşıb. Rektor bildirib ki, üzərindən illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı hər il daha böyük qürur və fəxarətlə “Şəhidlər Xiyabanı”nı ziyarət edir: “Şəhidlərimizin ruhu hər birimizi üçün müqəddəsdir, əzizdir. Onların adını daim uca tutmaq bizim vətəndaşlıq borcumuzdur. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunub
Azərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunubAzərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunubAzərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunubAzərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunubAzərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunubAzərbaycan Universitetində 20 Yanvar şəhidləri yad olunub

Oxşar xəbərlər