Aprel ayının 3-də Bakı Slavyan Universiteti ilə Çexiya Respublikasının Ostrava Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru professor Nurlana Əliyeva Bakı Slavyan Universitetinin slavyan ölkələrilə sıx əməkdaşlıq etdiyini bildirib. O, bu ölkələr sırasında Çexiyanın xüsusi yeri olduğunu qeyd edib. N.Əliyeva ERASMUS PLUS çərçivəsində hələ 2012-ci ildə Çexiyanın Respublikasının Ostrava Universitetinin fəlsəfə fakültəsi ilə BSU arasında müqavilə imzalandığını vurğulayıb. Həmin müqaviləyə əsasən müəllim-tələbə mübadiləsi, birgə elmi nəşrlərin hazırlanması və bir sıra digər layihələr həyata keçirilib. Yeni müqavilənin isə artıq fakültə ilə universitet arasında deyil, universitetlər arasında imzalandığını bildirən rektor bu müqavilə əsasında BSU və Ostrava Universitetlərinin mübadilə üzrə doktorant hazırlayacaqlarına başlayacaqlarını deyib.
Çexiya Respublikasının Ostrava Universitetinin professoru, Slavistika kafedrasının doktoru, fəlsəfə fakültəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vityezlav Vilimek isə çıxışında qeyd edib ki, təmsil etdiyi universitet gənc olmasına baxmayaraq artıq dünyanın bir çox tanınmış universitetləri ilə yaxın əlaqələr qurub. Qonaq Bakı Slavyan Universiteti tərəfindən Çexiyada Azərbaycanşünaslıq Mərkəzinin açılması barədə qərardan məmnun olduğunu söyləyib. O, BSU müəllimlərinin Ostrava Universitetində Azərbaycan dilini tədris etməsinin ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ təşkil edəcəyini vurğulayıb. V.Vilmek onu da bildirib ki, Bakıda olacağı bir həftə ərzində treninqlər keçirəcək.
Qonaq daha sonra İqrar Əliyevin Çexiyada çap olunmuş “Əbədi odlar yurdu” və “Ostrava Universiteti-25” adlı kitabı BSU-ya bağışlamışdır.
BSU rəhbərliyi isə Bakı Slavyan Universitetinin 70 illiyinə həsr olunmuş kitabı qonağa hədiyyə etmişdir.

BSU-nun Mətbuat Xidməti