BDU-da "Ekspo 2025" Ümumdünya Sərgisi ilə bağlı təqdimat keçirilib

BDU-da Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Bakı EXPO 2025” Əməliyyat Katibliyinin nümayəndələri “SABAH” qruplarının və “BİR” Tələbə Könüllü proqramının dəstəyi ilə tələbələrə “EXPO 2025” Ümumdünya Sərgisi haqqında təqdimat ediblər.
Gənclər və İdman Nazirliyi, Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri, EXPO Səhiyyə Mövzusunun eksperti Məryəm Qafarzadə "Ekspo 2025"-in mahiyyəti və önəmi barədə danışıb. M.Qafarzadə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olmasını, Azərbaycanın “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə təmsil olunduğunu deyib. O, Bakı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürdüklərini, sərginin keçiriləcəyi şəhərin isə bu ilin noyabrında müəyyən olunacağını qeyd edib.
Daha sonra Təhsil Nazirliyinin sektor müdiri, EXPO Təhsil Mövzusunun eksperti Cəsarət Valehli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini, EXPO Məşğulluq Mövzusunun eksperti Rəna Abdullayeva çıxış edib. Çıxışçılar Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, ideal təşkilatçılıq fəaliyyətindən, o cümlədən "Ekspo 2025"-in önəmindən bəhs edərək tələbələri layihəyə dəstək olmağa səsləyiblər.
Qeyd edək ki, təqdimat zamanı Azərbaycan və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş olunub.

Hikmət Əliyev


BDU-da "Ekspo 2025" Ümumdünya Sərgisi ilə bağlı təqdimat keçirilibBDU-da "Ekspo 2025" Ümumdünya Sərgisi ilə bağlı təqdimat keçirilib

Oxşar xəbərlər