Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən Türkiyənin Uludağ Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Siyasi tarix kafedrasında ixtisasartırma kursu keçib.
İxtisasartırma kursu müddətində S.Ruintən Siyasi tarix kafedrasının müdiri, professor Barış Özdal, dosent Kader Özlem, Murat Jane ilə birlikdə bakalavr və magistratura təhsili pilləsinə aid dərslərdə iştirak edib. O, bakalavr pilləsində “Osmanlı diplomatiya tarixi”, “Diplomatiya tarixi-2”, “Soyuq müharibə sonrası türk cümhuriyyətləri”, magistratura pilləsində isə “20-ci yüzil dünya tarixi” mövzularında mühazirələr oxuyub, magistrantların “1985-1991: Soyuq müharibənin sonu” mövzusunda keçirilən müzakirələrinə qatılıb.
Bundan əlavə, S.Ruintən Beynəlxalq münasibətlər kafedrasında professor Muzaffer Ercan Yılmazın magistratura təhsili pilləsində “Beynəlxalq münaqişələrin həlli”, doktoranturada “Beynəlxalq iqtisadi siyasət” dərslərində “Geosiyasi və geoiqtisadi baxımdan Qafqaz-Mərkəzi Asiya regionu” mövzularında mühazirə oxuyub. O, Beynəlxalq münasibətlər fakültəsində “9 May Avropa günü”nə həsr olunmuş tədbirdə iştirak edib, Siyasi tarix kafedrası doktorantlarının dissertasiyalarının müzakirəsinə qatılıb. Həmçinin, BDU-da bakalavr təhsil pilləsində “Türkiyə tarixi”, magistratura təhsil pilləsində “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisası dərslərində istifadə üçün faydalı olacaq ədəbiyyatlarla tanış olub, BDU-da magistratura təhsil pilləsində “Ölkəşünaslıq (Türkiyə üzrə)” ixtisasında tədris üçün nəzərdə tutulan “Türkiyə Cümhuriyyətinin xarici siyasəti” fənni üzrə eyni adlı dərs vəsaiti üzərində işi başa çatdırıb.
Səfər çərçivəsində BDU-nun Tarix fakültəsi Türk xalqları tarixi kafedrası ilə Uludağ Universiteti Beynəlxalq münasibətlər fakültəsinin Siyasi tarix kafedrası arasındakı uğurlu əməkdaşlıq əlaqələri, adıçəkilən universitetin Fənn-Ədəbiyyat fakültəsinin Tarix, Arxeoloji və Türk dili və Ədəbiyyatı bölümləri ilə də münasibətlərin qurulması istiqamətində müəyyən müzakirələr aparılıb.

Hikmət Əliyev