Oktyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və BDU-nun birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi, Əməkdar hüquqşünas, professor Murtuz Ələsgərovun anadan olmasının 90 illik yubileyi münasibətilə “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
Konfransdan əvvəl BDU-nun hüquq fakültəsində görkəmli pedaqoqun uzun illər rəhbərlik etdiyi Konstitusiya hüququ kafedrasının qarşısında barelyefinin açılışı olub.
Konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov görkəmli professorun hüquq elmi sahəsindəki böyük xidmətlərindən bəhs edib.
“Bu cür şəxsiyyətlər xalqımız, millətimiz üçün böyük tapıntıdır. Murtuz Ələsgərov görkəmli ictimai-siyasi xadimlərdən biri idi. O, elm sahəsində, xüsusən hüquq elminin inkişafında çox böyük xidmətlər göstərmiş şəxsiyyətdir. Çoxsaylı qanunvericilik aktlarının işlənib hazırlanmasında, qəbul edilməsində bilavasitə iştirak edib. Eyni zamanda, müəllimlər müəllimi olan Murtuz Ələsgərov maarifçilik tariximizdə dərin izlər qoyub. Onun adı elmimizin, təhsilimizin, dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılıb”, - deyə Abel Məhərrəmov vurğulayıb.
Murtuz Ələsgərovun həyat və fəaliyyəti barədə danışan akademik qeyd edib ki, o, hər zaman öz əqidəsinə sadiqliyi ilə seçilib. Hələ 29 yaşında Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasını yaradıb və ona rəhbərlik edib. Həmin kafedra bu gün də onun qoyduğu ənənələri davam etdirir və zənginləşdirir.
Akademik bildirib ki, 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş Murtuz Ələsgərov bu təhsil ocağının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində mühüm islahatların əsasını qoyub. Eyni zamanda, həmin dövrdə cərəyan edən mühüm ictimai-siyasi proseslərdə də yaxından iştirak edirdi.
Böyük alim və istedadlı pedaqoq, görkəmli ictimai-siyasi xadim Murtuz Ələsgərovun şərəfli ömür yaşadığını vurğulayan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bütün həyat və fəaliyyətini hüquq elminin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə, müstəqil dövlətimizin qurulmasına, möhkəmlənməsinə və inkişafına həsr edən bu böyük insan Azərbaycanın elmi və ictimai-siyasi tarixində silinməz izlər qoyub. Azərbaycanda beynəlxalq hüquq nəzəriyyəsinin və məktəbinin yaradıcılarından biri olan Murtuz Ələsgərov beynəlxalq hüquq sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor elmi adına layiq görülmüş ilk azərbaycanlı idi. İki yüzdən artıq elmi əsərin müəllifi olan Murtuz müəllim ömrünün 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr edib. Bu gün bir çox dövlət orqanlarında Murtuz Ələsgərovun yetişdirdiyi yüksək ixtisaslı hüquqşünas kadrlar çalışır.
Parlament sədri qeyd edib ki, Murtuz Ələsgərov Bakı Dövlət Universitetində sıravi müəllimlikdən rektor vəzifəsinədək yüksəlib, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərdə həmişə fəal iştirak edib. Hələ 1988-ci ildə o, süquta doğru gedən Sovetlər İttifaqının aqibətini aydın görür, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə edirdi.
“O dövrdə ulu öndər Heydər Əliyev keçmiş İttifaqın rəhbərliyindən uzaqlaşdırılmış, respublikada ona qarşı çirkin kampaniya başlanmışdı. Heydər Əliyevin əzəmətindən, xalqın öz həqiqi liderinə inamından qorxanlar bu böyük siyasi və dövlət xadiminin yenidən hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hər vasitədən istifadə edirdilər. Bununla əlaqədar qondarma yaş senzi məsələsi ortaya atılmışdı. Məhz belə bir vaxtda Murtuz Ələsgərov respublika prezidenti seçkilərində namizədlər üçün yaş məhdudiyyəti tətbiq edən Konstitusiya maddəsinin ləğv edilməsi üçün respublika parlamenti önündə keçirilən mitinqlərə rəhbərlik edirdi. O vaxt Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Azərbaycanın sağlam qüvvələrinin səyləri ilə Ulu Öndərin şəxsiyyəti ətrafında Yeni Azərbaycan Partiyası yaranmış və Murtuz müəllim partiyanın sədr müavini seçilmişdi”, - deyə Oqtay Əsədov xatırladıb.
Qeyd edilib ki, Murtuz Ələsgərov o vaxt mətbuatda dərc olunan məqalələrində və müsahibələrində Heydər Əliyevin Azərbaycanı xilas edə biləcək yeganə siyasi lider olduğunu çəkinmədən bəyan edirdi. Bütün bunlar iqtidarda olanların narazılığına və narahatlığına səbəb olurdu. Nəticədə Murtuz müəllimi qorxutmaq məqsədilə ona planlı hücum təşkil edildi, ağır fiziki xətər yetirildi. Amma Murtuz Ələsgərov sarsılmadı və öz mübarizəsində axıradək qətiyyət göstərdi. 1993-cü il iyunun 15-də böyük siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin ən mühüm addımlarından biri yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın təşkil edilməsi oldu. Ölkəmizin görkəmli hüquqşünasları ilə birlikdə Murtuz Ələsgərov da komissiyanın işində yaxından iştirak etdi.
Milli Məclisin sədri bildirib ki, 1995-ci ilin noyabr ayında müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi, ilk dəfə olaraq demokratiya şəraitində Milli Məclisə azad seçkilər keçirildi. Seçkilər nəticəsində 9 siyasi partiyanın, o cümlədən Yeni Azərbaycan Partiyasının nümayəndələri parlamentdə yer aldılar. Murtuz Ələsgərov da Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi müstəqil dövlətimizin ilk parlamentinin üzvü oldu, 1996-cı il oktyabrın 16-da isə Milli Məclisin sədri seçildi. Onun parlamentə rəhbərlik etdiyi 9 il ölkəmizdə qanunvericilik fəaliyyətinin ən gərgin və eyni zamanda, məhsuldar dövrlərindən birini təşkil edib.
Murtuz müəllimin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə o, “İstiqlal” ordeninə layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamına əsasən Murtuz Ələsgərov Azərbaycanda hüquq elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov görkəmli dövlət xadimi Murtuz Ələsgərovun böyük və şərəfli ömür yolu keçdiyini qeyd edib, onun Azərbaycan xalqının görkəmli ziyalılarının parlaq nümunəsi olduğunu bildirib. Baş nazirin müavini deyib: “O, Azərbaycan ziyalısına malik keyfiyyətləri özündə birləşdirərək ölkəmizin dövlət müstəqilliyi ideyaları uğrunda daim mübarizə aparıb, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının yaradılmasında yaxından iştirak edib. Onun bir alim, ziyalı kimi malik olduğu nüfuz xalq hərəkatının ictimai statusunun yüksəlməsində mühüm rol oynayıb”.
Murtuz Ələsgərovun ulu öndər Heydər Əliyevin ən yaxın və sadiq silahdaşlarından biri olduğunu vurğulayan Əli Əhmədov bildirib ki, o, müasir Azərbaycan tarixində özünəməxsus yeri və rolu olan ictimai-siyasi xadimdir.
Konfransda digər çıxış edənlər Murtuz Ələsgərovla bağlı xatirələrini bölüşüb, onun çoxşaxəli fəaliyyətinin müxtəlif sahələri ilə bağlı fikirlərini səsləndiriblər.
SEVINC