Məktəblərdə təhsil hüququ ilə bağlı kampaniya keçirilir

Məktəblərdə təhsil hüququ ilə bağlı kampaniya keçirilir UNESCO assosiativ məktəblər şəbəkəsinə üzv olan məktəblərdə təhsil hüququ ilə bağlı kampaniya keçirilir.
O bildirib ki, hazırda UNESCO-nun assosiativ məktəblər şəbəkəsi layihəsinin üzvü olan məktəblərdə bu gündən etibarən təhsil hüququnu təşviq edən rəqəmsal kampaniya keçirir.
Təhsil hüququnun prioritet olduğunu bildirən Elçin Sərdarov keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının UNESCO-nun qlobal missiyasının əsasını təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, bu kampaniya Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr edilib. Kampaniya dekabrın 18-dək davam edəcək və video, animasiya, şəkil və hekayələr vasitəsilə təhsil hüququnun əhəmiyyətini və bu yolda maneə törədən əsas çətinlikləri təhlil edəcək. Şagirdlər bu aksiya müddətində “Təhsil hüququ haqqında nəyi bilməliyik?”, “Məktəbə getməyə kimlərə icazə verilir?” suallarına cavab tapacaqlar. Eyni zamanda, “Sosial ədalət və bərabərlik: Təhsil hüququ üzrə fəaliyyət göstərməyin əsas prinsipləri” məqaləsi və “Həyat məqsədinizə nail olduğunuz an” sosial çarxı ilə tanış olub, onların müzakirələrində iştirak edəcəklər. Aksiya UNESCO-nun və onun müxtəlif ölkələrdə tərəfdaşların gördüyü işi nümayiş etdirəcək.
Dekabrın 5-də kampaniya çərçivəsində Bakıdakı 44 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Leyla Baxşıyeva, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov, müəllimlərdən Ceyhunə Quliyeva, Nuranə Abbasova, Ağca Quliyeva iştirak ediblər.
Kampaniyaya qoşulan məktəblər bu vacib ideyanın yayılmasına dəstək olurlar.

Tehsil-press.az

Oxşar xəbərlər