Roman Nəsirov yenidən vəzifəsinin başına keçdi

Roman Nəsirov yenidən vəzifəsinin başına keçdi Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirov yenidən vəzifəsinə bərpa olunub.
Bu barədə Ukraynanın İnzibati Dairə Məhkəməsi qərar qəbul edib. Bununla bağlı ictimaiyyətə açıqlamanı Nəsirovun vəkili Lyubomir Drozdovski verib. Roman Nəsirov bu gündən vəzifəsinin başına keçib.
Xatırladaq ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Tehsil-press.az

Oxşar xəbərlər