Azərbaycan Kooperasiya Universitetində 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası ərəfəsində “Açıq qapı” günü təşkil olunmuşdur. “Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri, təhsil ekspertləri, KİV və QHT nümayəndələri iştirak etmişdir. Universitetdə bu ənənəvi aksiyanı keçirməkdə məqsəd imtahanların şəffaf təşkilinin ictimaiyyət tərəfindən izlənilməsi və qiymətləndirilməsidir.
"Açıq qapı" günündə iştirak edən qonaqlar universitetin bütün fakültələrində keçirilən imtahanları, eyni zamanda imtahan yoxlama mərkəzində imtahanların gedişini izləmişdir. Qonaqlara imtahan zallarını universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev və Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, fakültə dekanları təqdim etdilər. İmtahan zallarındakı vəziyyətlə əyani tanış olan müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən, öz biliklərini ifadə etmək üçün tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirdilər. Qeyd edək ki, bütün məlumatları diqqətlə dinləyən qonaqlar tələbələrin yüksək ali təhsil almaları üçün yaradılan şəraitə görə cənab nazir Ceyhun Bayramov başda olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Kooperasiya Universitetinin rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etdilər.

AKU-nun Mətbuat Xidməti