Bakı Slavyan Universitetində təntənəli bayram tədbiri təşkil edilib

Bakı Slavyan Universitetində təntənəli bayram tədbiri təşkil edilib Bakı Slavyan Universitetində (BSU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Rektor Nurlana Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin tarixi əhəmiyyətindən danışıb. Rektor ulu öndər Heydər Əliyevin bu günü təsis etməkdə məqsədinin bütün dünyadakı azərbaycanlıları bir araya gətirmək, Azərbaycan dövlətinin və xalqının beynəlxalq aləmdə hüquqlarını müdafiə etmək olduğunu bildirib. O, Prezident İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini, ölkəmizin nüfuzunun gündən-günə artmasında dövlət strukturları ilə bərabər, diaspor təşkilatlarının da mühüm rol oynadığını nəzərə çatdırıb. Rektor gəncləri dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızla əlaqələr qurmağa çağırıb.
N.Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün həm də beynəlxalq aləmdə sülhə və barışa xidmət etdiyini, qarşılıqlı humanitar münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını deyib.
Rektor iyirmi beş tələbəyə təhsildəki uğurlarına və universitetin ictimai həyatında fəal iştirakına görə təşəkkürnamələr təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib. BSU-nun “Nur” vokal qrupu, “Arzu” rəqs ansamblı ilə yanaşı, respublikanın əməkdar artistləri Gülüstan Əliyeva, Nuriyyə Əhmədova, Firuzə İbadova, Xalq artisti İlqar Muradov, gənc müğənni Fərhad Xəlif bayram tədbirinə xüsusi ab-hava qatıblar.

BSU-nun Mətbuat Xidməti


Bakı Slavyan Universitetində təntənəli bayram tədbiri təşkil edilib
Bakı Slavyan Universitetində təntənəli bayram tədbiri təşkil edilib

Oxşar xəbərlər