Jurnala necə ad seçməli?
Diqqət yetirilməli olan məsələlərdən biri də jurnalın ad seçimidir. Əgər siz yeni jurnal təsis etmək barədə düşünürsünüzsə, bu zaman nəzərdə saxlamalı olduğunuz bir çox məsələlər var. Ümumiyyətlə, jurnalın adı potensial müəlliflər, eləcə də Scopus və ya oxşar məlumat bazalarını istifadə edən tədqiqatçılar üçün çox vacib rol oynayır. Ad jurnalın məqsəd və vəzifələrinin, eyni zamanda redaksiya heyətinin beynəlxalq istiqamətinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Buna görə də jurnal üçün münasib ad seçmək çox vacibdir. Elə bir ad seçilməlidir ki, bu adda jurnal mövcud olmasın. Verilənlər bazasından bunu ciddi şəkildə araşdırmaq lazımdır. Bəzən redaktorlar, yaxud redaksiya heyəti üzvləri düşünür ki, jurnala ad verərkən mövcud jurnal adlarına bənzər bir ad seçmək olar. Bununla elmi ictimaiyyətin diqqətini cəlb edəcəklərini, imic qazanacaqlarını zənn edirlər. Əslində isə belə deyil. Birincisi, siz oxşar ad seçməklə özünüzə məxsus olacaq gələcək inkişafınızın qarşısını alır, ikincisi kimlərinsə əldə etdiyi nailiyyətlərə şərik çıxır, ən əsası isə etik cəhətdən düzgün olmayan yola qədəm qoyursunuz. Bu, sizi daxilən hər zaman narahat edəcək. Ən münasib yol original ad seçməkdir…
Jurnalların qiymətləndirilməsi üçün vacib olan məqamlar
Jurnalın veb saytının mövcudluğu qiymətləndirmədə əsas amillərdən biridir.Veb saytında yayımlanan məlumatların məzmunu dərginin keyfiyyətini göstərir. Əgər jurnal Scopus meyarlarına uyğunluğunun yoxlama prosesinə təqdim olunubsa, Ekspertlər Şurasının rəyçiləri saytdan əsas məlumat mənbəyi kimi istifadə edirlər. Veb səhifə jurnalın siması kimi incələnir. Meyarlara uyğunluq araşdırılır. Odur ki, jurnal rəhbərliyi veb saytı elə qurmalıdr ki, jurnalın keyfiyyəti görünsün. Əks halda Scopusa daxil olma işi çətinləşəcək.
Veb - sayt hansı məlumatlarla əhatə olunmalıdır?
İlk növbədə aşağıda göstərilən məlumatlar yer almalıdır ki, həm qiymətləndirmə prosesinə şərait yaratsın, həm də ümumilikdə jurnal haqqında hər kəsdə təsəvvür formalaşdırsın:
1. Redaksiya Şurasının və ya Beynəlxalq Məsləhətçilər Şurasının strukturu
2. Redaktor/baş redaktor haqqında məlumat;
3. Əlyazmaların təqdim edilməsi prosesini izah edən yazırlar və onların seçilməsi meyarları;
4. Baxış prosesinin təşkili barədə məlumat;
5. Nəşriyyat etikası haqqında məlumat;
6. Açıq giriş modelindən istifadə etmək meyarları və dəyəri haqqında dəqiq məlumatlar;
7. Potensial oxucular tərəfindən jurnalda olan tam mətnli məqalələrə necə giriş əldə etmək barədə məlumat;
8. Jurnalın dərc edilməsi haqqında məlumat.
Saytın daim yenilənməsi vacibdirmi?
Jurnalın veb saytında dolğun məlumatlar olmalıdır. Qeyd etdiyimiz kimi, bu, jurnalın keyfiyyətindən, oradakı işlərin optimallığından soraq verir. Əgər jurnal dövrü olaraq dərc olunmursa, məqalələrin sayı kifayət qədər deyilsə, veb səhifə boşdursa, bu, istər-istəməz onun haqqında mənfi rəy formalaşdırır. Odur ki, əgər jurnal rəhbərliyi Scopus yolundadırsa, jurnalı beynəlxalq aləmə çıxarmaq barədə düşünürsə, mütləq olaraq çatışmazlıqları aradan qaldırmalıdır.
Veb saytın ingilis dilində versiyası nə üçün vacibdir?
İngilis dili elmi nəşrlərin fəaliyyətində instifadə edilən universal dil statusuna malikdir. İnformasiyanın optimal yolla yayılması məhz bu dil vasitəsilə mümkündür. Buna görə də veb saytın ingilis dilində versiyasının yaradılması vacibdir. Jurnallar ingilis dilində veb saytlarını yaratmaqla, əslində beynəlxalq səviyyədə informasiya mübadiləsi üçün mühüm addım atmış olurlar. Müasir dövrdə dünyanın elm aləmində tanınmaq, öz elmi ideyaları, fikir və düşüncələri ilə çıxış etmək arzusunda olan alimlər məqalələrini məhz bu tipli jurnallarda dərc etdirirlər. Təsəvvür edin ki, sizin əhəmiyyətli bir kəşfiniz, elmin hansısa sahəsinin inkişafına xidmət edən ideyalarınız, fikirləriniz var. Siz bu aspektdə yazdığınız məqaləni beynəlxalq indeksə malik olmayan, qlobal şəbəkələrdə yayılmayan bir mənbədə dərc etdirirsiz. Bunu sizin yaxın çevrənizdən başqa heç kim görməyəcək. Amma beynəlxalq indeksli jurnalda dərc olunmağınız sizi dərhal qlobal şəbəkəyə qoşur və sizin məqalələriniz dünyanın elmi dairələrinə çatır. Veb saytlar, bir qayda olaraq, məqalələri özləri tərcümə etmirlər. Scopus-a daxil olmaq üçün tövsiyə olunan jurnalların ingilis dilində məqalə başlığı və annotasiyası olmalıdır.
Qeyd etdiyim kimi, jurnal Scopusa təqdim edildikdən sonra Ekspert Şurasının verdiyi şərhlər əsasında yekun qərar qəbul olunur. Jurnalın Scopusa qəbul edilmədiyi halda daxilolma haqqında ərizə vermək üçün yeni tarix müəyyən edilir. Bundan sonra müraciətə yenidən baxılır. Bəs yeni müraciət tarixi nədir? Bu necə müəyyən olunur? Diqqət yetirək: Qeyd etdiyimiz kimi, yenidən müraciət zamanı yeni tarix müəyyən olunur. Scopusa daxil olmaq üçün təkrarlanan ərizə təqdim edilir. Təkrarlanan müraciətə baxılma (bu, "embarqo dövrü" adlandırılır) müddəti 1 il, 18 ay, 2 il, 3 il və 5 ilədək dəyişə bilər. Bu müddət ərzində bir qayda olaraq rəyçilərin şərhlərinə, ümumi şərhlərə, bütün müsbət məqamlara, habelə jurnalın təkmilləşdirilməsi ilə bağlı bütün məsələlərə ətraflı nəzər yetirilir.
Scopusa daxil olmaq jurnalların qarşısında yeni imkanlar açdığı kimi, jurnal Scopusa daxil ediləndən sonra verilənlər bazasında davamlı olaraq indeksləşdirilir. Əgər jurnal buraxılışının üçüncü ilində Scopusa daxil edilibsə, o zaman jurnalın bütün sayları Scopusa qəbul olunacaq. Əgər arxivdə jurnalların elektron formaları mövcuddursa, naşir Scopusa bu arxivlərin də daxil edilməsini təklif etmək hüququna malikdir. Scopusa daxil olmaq üçün seçilmiş jurnallar daim indeksləşdirilir. Lakin, jurnalın qiymətləndirilməsi zamanı jurnalın iş fəaliyyətinin məqbul olmadığı meydana çıxarsa, onda jurnal məlumat bazasından çıxarıla bilər. Scopus jurnalları yenidən qiymətləndirmək hüququnu daim özündə saxlayır.
Ardı var…
Mənbə:
1.https://openscience.in.ua
2.http://www.rad.pfu.edu.ru
3.http://science-center.ru
4.https://kpfu.ru/library
5.http://www.elsevierscience.ru
6. https://clarivate

Böyükağa MİKAYILLI
Mənbə:
1.https://openscience.in.ua
2.http://www.rad.pfu.edu.ru
3.http://science-center.ru
4.https://kpfu.ru/library
5.http://www.elsevierscience.ru
6. https://clarivate