“Web of Science Core Collection” və “”Scopus” haqqında bəzi qeydlər...
Bu gün elmi-tədqiqat işi ilə məşğul olanlar, eləcə də elmi jurnal nəşr edənlər üçün maraq doğuracaq bir mövzudan bəhs etmək istəyirəm. “Web of Science Core Collection” və ”Scopus” nədir və bunlar elmi tədqiqatların istiqamətləndirilməsi, stimullaşdırılması sahəsində, eləcə də elmi-tədqiqat işi ilə məşğul olanlar üçün hansı əhəmiyyətə malikdirlər?
“Web of Science Core Collection” 2001-ci ildə Clarivate Analytics kompaniyasının investisiyası ilə yaradılıb. “Scopus”un isə əsası 2004-cü ildə “Elsevier” korporasiyası tərəfindən qoyulub. Elmi dəyərləndirmədə mühüm əhəmiyyət daşıyan bu beynəlxalq elmi məlumat bazaları dünyanın bütün dövlətləri tərəfindən qəbul edilir və bu təşkilatların fəaliyyətinə qoşulmaq, onların markalarından istifadə hüququ əldə etmək elmi fəaliyyətin yüksək dəyər ölçülərindən biri sayılır. Nəzərə almaq lazımdır ki, bu məlumat bazaları biblioqrafik və referativ platforma olmaqla, özləri nəşr işləri ilə məşğul olmurlar. Onların fəaliyyətinin əsasını jurnalların çapdansonrakı dəyərləndirilməsi təşkil edir. Diqqət yetirək: Bu məlumat bazaları dünyanın fundamental elmi jurnallarının siyahısını tərtib edir, onların elmi dəyərini ölçürlər. Bu, əlbəttə ki, jurnalda nəşr olunan elmi məqalələrə istinadlarla ölçülür. Əgər məqalənin elmi dəyəri yüksəkdirsə, təbii ki, ona istinadların da sayı çox olacaq və bu istinadlar da öz növbəsində jurnalın elmi dəyərini artıracaq. Jurnalın elmi dəyəri məlumat bazası tərəfindən ölçüldükdən sonra tədqiqat obyekti olan jurnala müvafiq indeks təqdim olunur.
Bəlli olduğu kimi, bütün elm sahələri üzrə beynəlxalq jurnallar çap olunur və bunlar alimlərə yaxşı tanışdır. Bu jurnalların arasında təbii ki, “Web of Science Core Collection” və “”Scopus” siyahısında yer alan jurnallar da var. Bu beynəlxalq indekslərə daxil olan jurnalların siyahısı mütəmadi olaraq yenilənir. Bu o deməkdir ki, qeyd olunan indekslərə yeni-yeni jurnallar əlavə edilir. Elmi meyarlara ciddi şəkildə cavab verən, ekspert seçimindən keçən yeni nəşrlər siyahıya daxil olunur, standartları itirən, ekspertlərdən mənfi rəy alan nəşrlər isə siyahıdan çıxarılır. Scopusun bazasında nəşrin indeksasiyasını onun veb səhifəsinin “Mənbələr” bölməsində yoxlamaq mümkündür.
Əsas məsələ həqiqi elmi nəticələri özündə ehtiva edən, elmi yeniliyə malik olan məqalə ərsəyə gətirməkdir
Bəs Scopus elmi məlumat bazasında qeydiyyatda olan elmi jurnalda məqaləni necə dərc etdirmək olar? Bunun üçün öncə məqaləni yazmaq lazımdır. Məqalənin strukturu, adı, annotasiyası, ədəbiyyat siyahısının düzülüşü, istinadlar və s. bütün bunlar vacib faktorlardır. Lakin bunlar hələ əsas məsələ demək deyil. Əgər bu tələblərdən hansısa biri yerinə yetirilməsə onu aradan qaldırmaq mümkündür. Əsas məsələ həqiqi elmi nəticələri özündə ehtiva edən, elmi yeniliyə malik olan məqalə ərsəyə gətirməkdir. Əgər məqalənizin elmi yeniliyi yoxdursa, onu yaxşı olar ki, indeksli jurnallara, xüsusilə “Scopus” indeksli jurnallara göndərməyin.
Məqalənizdə irəli sürdüyünüz elmi yeniliklər ardıcıl və inandırıcı şəkildə şərh olunmalıdır. Məqalənin ingilis dilinə tərcüməsinə də xüsusi diqqət yetirmək lazımdır. Doğrudur, tərcümə texniki iş hesab olunur. Amma elmi cəhətdən düzgün edilmiş tərcümə məqalənin məzmununun açılmasnda böyük əhəmiyyət daşıyır. Məqalənin elmi nəticəsi olmadıqda isə, ən yüksək səviyyəli tərcümə belə işə yaramır.
Beləcə, Scopusa gedən yol maneəsiz olmasa da, əslində sadədir, Bu, ciddi bir elmi jurnalda müstəqil şəkildə əldə edilmiş elmi nəticənin dərcindən keçir.
Scopus və Web of Science necə daxil olmaq olar?
Bunun üçün qarşıya məqsəd qoyulmalı, fəaliyyəti bu elmi bazaların tələbləri üzərində qurmaq lazımdır. Atılacaq addımlar dəqiq müəyyənləşdirilməli, konkret proqram əsasında hərəkət edilməlidir. Bəs öncə nədən başlamaq lazımdır?
Öncə, əlbəttə ki, təlimatla tanış olmaq zəruridir. Nəzərə almaq lazımdır ki, istər Scopus, istərsə də Web of Science əslində jurnalların inkişafı üçün əlindən gələni əsirgəmir, eləcə də onlara qapılarını böyük məmnuniyyətlə açır. Onlar faydalı məsləhətləri, sorğuları, tövsiyələri özündə birləşdirən vəsaitləri redaktorlara, nəşriyyat işçilərinə təqdim etməklə, bu sahədə maarifçilik işi həyata keçirirlər. Hər bir elmi məlumat bazası maraqlıdır ki, onun siyahısında daha çox jurnal adı yer alsın, amma keyfiyyət ölçülərini gözlənilmək şərti ilə. Deməli, bu elmi bazalara daxil olmaq bizim öz əlimizdədir. Qeyd etdiyim kimi, Scopusda indeksləşmə dünyanın bütün jurnalları üçün vacib olan faktordur. Jurnalın əldə etdiyi bu nailiyyət, ümumilikdə onun dünyanın elmi elmi mühitində mövqeyini, eləcə də keyfiyyətini təsdiqləyir. Beləliklə, Scopus jurnalının seçilməsi prosesinə diqqət yetirək Bu, aşağıdakı mərhələlərdə aparılır:
Birinci mərhələ:
1.Nəşr reytinqi
2.Scopusa daxil olmaq üçün ilk ərizə və özünüqiymətləndirmə
* Verilmə prosesi
* Scopus verilənlər bazasında məzmunun seçilməsi üzrə Ekspert Şurasının qərarı
İndi isə bu mərhələlərə ayrı-ayrılıqda diqqət yetirək. Görək:
Hansı jurnallar nəzərdən keçirilə bilər?
Ümumiyyətlə elmi bazaya təqdim olunan jurnalların öncə bu bazanın tələblərinə uyğunluğu nəzərdən keçirilir. Elmi bazanın irəli sürdüyü meyarlardan birinə də olsa belə cavab verməyən jurnal nəzərdən keçirilmir.
Bəs “Minimum meyarlar” hansılardır?
Birincisi, jurnalın məzmunu haqqında rəy olmalıdır. İkincisi, jurnal müntəzəm dərc olunmalıdır. Üçüncüsü, jurnalda dərc olunan məqalələr beynəlxalq səviyyədə auditoriya üçün maraqlı olmalı, aydın və səlis üslubda yazılmalıdır. Jurnalda etik məsələlərə əməl olunmalıdır. Nəhayət, jurnal Scopusa daxil olma ərizəsi ilə müraciət etməzdən ən azı iki il əvvəl dərc edilməlidir.
Scopusa gedən yolda mühüm məsələlərdən biri də jurnalda dərc olunan məqalələrin keyfiyyətinin qiymətləndirilməsidir. Bir məqalənin rəy almış jurnalda dərc olunması üçün onun ilk olaraq qiymətləndirmə prosesindən keçməsi zəruridir. Bu proses əslində necə baş verməlidir? Müəllif məqaləni jurnalın redaktoruna, redaktor isə onu ekspertlər qrupuna təqdim edir. Nəzərə almaq zəruridir ki, ekspertlər məqalə müəllifi ilə eyni elm sahəsi üzrə ixtisaslaşmalıdırlar. Rəyçilər ilk olaraq məqalənin plagiat olub olmadığını, onun etik normalara uyğunluğunu yoxlayırlar. Rəyçilər, lazım gələrsə, məqaləni dəyişdirməyi, üzərində redaktə işi aparmağı, elmi cəhətdən dərinləşdirməyi və s. təkliflər verə bilərlər. Jurnalın redaktoru rəyçilərin rəyinə əsasən öz fikirlərini müəllifə bildirə bilər. Bu, əlbəttə ki, məqaləni qəbul, yaxud rədd etmək barədə olacaq. Rəylərə gəlincə isə, onların bir neçə növü mövcuddur. Birincisi, baş redaktor rəyi. Baş redaktor rəy verir və jurnalın istiqamətinə uyğun məqalələr seçilir. “Açıq rəy” – Bu zaman rəyçilər məqalənin müəllifinin kim olduğunu bilir və müəllif özü də rəyçilərin kimliyindən xəbərdar olur. Jurnalın hər buraxılışındakı məqalələrə rəy vermək üçün ən azı üç rəyçi tələb olunur. “Birtərəfli rəy” – Bu zaman rəyçilər müəllifin kim olduğunu bildiyi halda müəlliflərin rəyçinin kimliyindən xəbəri olmur. “İkitərəfli rəy”də isə müəlliflərin və rəyçilərn bir-birindən xəbəri olmur. Qeyd edim ki, jurnal yüksək dəyər əldə etmək, elmi ictimaiyyət arasında nüfuz qazanmaq istəyirsə, öz ətrafına daha çox rəyçi cəlb etməlidir. Bu və digər amillər jurnalın Scopus-a daxil olmasına şərait yaradır və bu da ona beynəlxalq aləmdə tanınmaq, dünyanın aparıcı elmi-tədqiqat müəssisələri, alimləri ilə əməkdaşlıq etmək, dünyada gedən elmi proseslərə təsir etmək, elm aləmində söz sahibi olmaq imkanı verir.
Mənbə:
1. https://openscience.in.ua
2. http://www.rad.pfu.edu.ru
3. http://science-center.ru
4. https://kpfu.ru/library
5. http://www.elsevierscience.ru
6. https://clarivate
Ardı var.

Böyükağa Mikayıllı