Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və ikitərəfli əməkdaşlığı, o cümlədən ticari-iqtisadi əməkdaşlığı fəal inkişaf etdirir.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminarda deyib.
Nazirin sözlərinə görə, bugünədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yerləşdirib. İki ölkə arasında ticarət dövriyyəsi bir il ərzində 20 faiz artaraq 2,55 milyard dollar təşkil edib.
Ş.Mustafayev Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında fəal iştirak edən “Qazprombank”ın rolunu qeyd edib. O, bu layihələr arasında “SOCAR Polymer” zavodunun tikintisini vurğulayıb:
“Zavod artıq fəaliyyət göstərir və öz məhsulunu təkcə Azərbaycanın daxili bazarına təklif etmir, həm də xaricə uğurla ixrac edir”.
Nazir əlavə edib ki, qarşılıqlı iqtisadi fəaliyyətin genişlənməsi tendensiyası hər iki ölkənin işgüzar dairələrinin artan maraqlarına cavab verir:
“Bu istiqamətdə Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuraları fəal işləyir”.
Tehsil-press.az