Rusiyanın tanınmış alimi və ədəbiyyatşünası Konstantin Kedrov “Literaturnaya qazeta”da Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsəri haqqında “Sözün Xəzər ümmanı” adlı resenziya dərc etdirib. Bu barədə Tehsil-press.az-a ADU-dan məlumat verilib.
Resenziyada bildirilir ki, akademik Kamal Abdulla qədim epik əsər – “Kitabi-Dədə Qorqud” haqqında çox maraqlı monoqrafiya yazıb. Aydındır ki, mənə - 1989-cu ildə “Sovetskiy pisatel” nəşriyyatının çap etdirdiyi “Poetik kosmos” əsərinin müəllifinə, alimin eposun hələ də yaranmaqda olan dünyamız üçün əzəli başlanğıc olmuş kosmik partlayışın əks-sədasından başqa bir şey olmadığı barədə fikri çox yaxındır.
İnkar etmək olmaz ki, möhtəşəm dastanlar kökləri ilə Frezerin, Freydin, Yunqun, Haydeqerin, M.Eliadenin və arxaik mədəniyyət qatlarının tanınmış tədqiqatçılarının lap çoxdan aşkarladıqları ilkin arxetipik qatlara gedib çıxır. Kamal Abdulla da diqqətinin bu vaxta kimi az öyrənilmiş mağara arxetipi üzərində cəmləyir. O, tamamilə haqlı olaraq, əks-sədası Homerin “Odisseya”sından, dənizçi Sindibadın yetərincə öyrənilməmiş səyahətlərindən və “1001 gecə”dən gələn əlahiddə bir mağara sivilizasiyasından danışır. Ən əsası isə alim öz ruhuna görə Monqolustandan İspaniyaya kimi bütün ibtidai xalqlar üçün doğma olan mağara təsvirlərində bir ümumilik görür.
Mağaradan işığa çıxma məqamını xüsusi qeyd edən rusiyalı alim bildirir ki, tədqiqatçı haqlı olaraq Platonun mağara zülmətində yaşayan və günəş haqqında bilgiləri yaşadıqları məkanın divarlarında əks olunan kölgələrlə məhdudlaşan məşhur “mağara adamları” surəti kosmosun və xaosun, bir az sadə dillə desək, mədəni mifin, yaranış məqamını olduqca dəqiq əks etdirir. İşığı görmək arzusu ilə mağaranı tərk edən qəhrəman – həm Prometey, həm Orfey, həm Odissey və həm də Dədə Qorquddur. Gerçək işığı gördükdən sonra o, mağaraya qayıdır ki, insanları, sözün həqiqi mənasında maarifləndirsin.
Hələ də yetərincə öyrənilməmiş dastana olan marağın heç vaxt sönməyəcəyini vurğulayan K.Kedrov resenziyasını bu sözlərlə bitirib: “Azərbaycan eposu haqqında yeni tədqiqatı oxuyandan sonra bir daha əmin oldum: bütün özəlliklərimizə, zahiri fərqlərimizə baxmayaraq, hamımız son dərəcə eyniyik. Əbədiyyət axtarışında olan insan haqqında dastan heç vaxt bitməyəcək, çünki insan özü mahiyyətcə sonsuzdur”.
Tehsil-press.az