Azərbaycan alimi növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətinə üzv seçilib

Azərbaycan alimi növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətinə üzv seçilib Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev növbəti dəfə Rusiya Federasiyasında keçirilən “Monetnoye sozvezdiye - 2019” xatirə sikkələrinin XIII beynəlxalq müsabiqəsinin münsiflər heyətinə üzv seçilib.
Müsabiqədə dünyanın müxtəlif ölkələrinin nüfuzlu numizmat alimləri, bank, qiymətli kağız evlərinin və zərbxanalarının rəhbərləri, kolleksiyaçılar iştirak edəcək.
Müsabiqədə 9 nominasiya üzrə 27 sikkə qalib elan ediləcək.
Builki müsabiqədə Rusiya, Qazaxıstan, Macarıstan, Fransa, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, Polşa, Avstriya və digər ölkələrin 2019-cu ildə zərb edilmiş xatirə sikkələri təqdim olunacaq. İlin sonunda hər nominasiya üzrə üç (I, II və III) yerin qalibləri elan ediləcək. Azərbaycan alimi artıq beşinci ildir ki, bu nüfuzlu müsabiqəyə münsif qismində dəvət edilir.
Akif Quliyev müsabiqədə Azərbaycan sikkələrinin ilin ən yaxşı sikkəsi adına layiq görüləcəyinə ümid etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər