Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib

Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib.
Təbrikdə qeyd olunur ki, pandemiya şəraiti bir çox planlarımızın, görəcəyimiz işlərin təxirə düşməsinə səbəb oldu. Amma biz bu şəraitdən də müəyyən çıxış yolları tapdıq: “Pandemiya dövründə yaşanan çətin günlərdə qazandığınız uğurlar bizi çox sevindirdi. Şübhəsiz ki, uğurlara sahib olmağınızda yüksək fədakarlıq göstərən müəllimlərimizin əməyi də danılmazdır. Bu günlərdə mövcud imkanlar səfərbər edildi, hər kəs təhsilimiz üçün böyük səy göstərdi.
Ölkəmizin sizin kimi parlaq zəkaya sahib övladlarının olduğunu bilmək gələcəyə inamımızı daha da artırır. Çox şadam ki, siz bu günlərdə ruhdan düşmədiniz və daha da əzmlə çalışaraq böyük nailiyyət əldə etdiniz. Gələcək sizin ağlınızda, zəkanızda və çalışqanlığınızdadır.
Hər birinizi bir daha qalib olmağınız münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram”.

Tehsil-press.az

Oxşar xəbərlər