Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi xüsusi karantin rejimi dövründə növbəti yardım aksiyası keçirib.
Yasamal rayonu ərazisində yaşayan tənha və aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb. Universitetin Həmkarlar İttifaqı Komitəsi xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdən həm ali təhsil müəssisəsinin əməkdaşları, həm də Yasamal rayonunun sosial cəhətdən xüsusi həssas qrupa aid olan ailələrinə mütəmadi yardım aksiyaları həyata keçirir. Aksiyanın keçirilməsində məqsəd ehtiyacı olan insanlara maddi və mənəvi dəstək göstərməkdir. Universitetin Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri ərzaq sovqatı paylamaqla yanaşı, maarifləndirici söhbətlər aparır, onları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırırlar. Yardım göstərilən ailələr diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az