Medvedevdən Azərbaycan və erməni diasporlarına çağırış

Medvedevdən Azərbaycan və erməni diasporlarına çağırış Rusiyanın keçmiş Prezidenti və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Azərbaycan - Ermənistan münaqişəsindən danışıb.
O, “PolitStartap” layihəsinin iştirakçıları ilə görüşdə Rusiyada Azərbaycan və Ermənistandan gələnlərin qarşıdurması ilə bağlı diasporlara məsuliyyətli olmaq barədə xəbərdarlıq edib.
“Mənə elə gəlir ki, hüquq-mühafizə orqanlarımız istiqamətləndirilməlidir, ölkə daxilində bu mövzu zorakılıq və hər hansı toqquşma üçün səbəb yaratmamalıdır. Diasporalar da bu məsələdə öz məsuliyyətlərini hiss etməlidirlər”, - deyə Medvedev qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər