“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirib ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir gündür.
Gəmiçiliyin rəhbəri qeyd edib ki, 20 Yanvar faciəsi xalqı daha da birləşdirib, onun yenilməzliyini, Vətənə, torpağa sədaqətini, azadlığa qovuşmaq istəyini bütün dünyaya nümayiş etdirib.
Rauf Vəliyev başımıza gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Ulu Öndər Heydər Əliyevin atdığı qətiyyətli addımlardan da ətraflı söz açıb. Diqqətə çatdırıb ki, Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirib, qoşunların Bakıdan çıxarılmasını tələb edib.
Gəmiçiliyin rəhbəri 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin verilməsinin də Ulu Öndər Heydər Əliyevin adıyla bağlı olduğunu diqqətə çatdırıb. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün imzaladığı sənədlər isə Ümummilli liderin bu insanların xatirəsinə nə qədər böyük ehtiram bəslədiyinin sübutudur.
Rauf Vəliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin də Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə xüsusi qayğı ilə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, bu qədirbilənlik xalqımızda qələbə əzmini gücləndirir. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Gəmiçiliyin rəhbəri onu da qeyd edib ki, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi, həyata keçirdiyi layihələr, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, bütün dünyada tanınan Heydər Əliyev Fondunun da hər zaman diqqət mərkəzindədir. Belə ki, Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
Rauf Vəliyev xalqımız üçün o ağır günlərdə dənizçilərin göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan da danışıb. Bildirib ki, dənizçilər sovet hərbçilərinin təcavüzünə qətiyyətlə sinə gərməyi, birlik nümayiş etdirməyi bacarıblar. Həyatlarını riskə atıb, Vətən uğrunda ölümlərini gözə alıblar.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qənirə Paşayeva, Aydın Mirzəzadə və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış ediblər. Onlar keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıblar. Qeyd ediblər ki, 1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Daha sonra qanlı yanvar hadisələrinin canlı şahidi – veteran dənizçi Ağalar İbrahimov faciəmizi dünya ictimaiyyətinə çatdırmağa, sovet imperiyasının törətdiyi qırğın və vəhşiliyin qarşısını almağa çalışan həmkarlarının şücaətindən və qəhrəmanlığından iftixarla danışıb. Bildirib ki, o günlər dənizçilər bütün dünyanın diqqətini Bakıdakı qanlı faciəyə yönəltmək üçün gəmilərimizdən hər saat “SOS” siqnalı verirdilər. Bununla da qəhrəman dənizçilər həyatlarını riskə ataraq Bakı buxtasında imperiya ordusu ilə qeyri-bərabər mübarizəyə qalxmışdılar. Həmin dövrdə əksər gəmilərimiz ciddi zədə aldı, bəzi gəmilərdə mindən çox güllə, mərmi izləri vardı.
Dənizçilərimiz Qanlı Yanvardan sonra başlamış kütləvi repressiyalardan da əziyyət çəkiblər. Həbs edilən 40-a yaxın dənizçi işgəncələrə məruz qalıb.
Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi günlərində böyük şücaət göstərən və xalqımızın haqq səsini öz həmkarlarının köməyi ilə dünya ictimaiyyətinə çatdıran “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti dənizçilərinin qəhrəmanlığına həsr olunan “Azadlıq carçıları” sənədli filminə baxıblar.

Hüseyn Şərifov