Dünuyanın təhsil mənzərəsi

Dünuyanın təhsil mənzərəsi Web of Science bazasına jurnal seçimi necə aparılır?
Web of Science Core Collection (WoS) akademik materialların referativ bazalarını birləşdirir. O hər jurnalın ayrıca impakt factor aldığı dünyanın ən iri axtarış platformalarından biri hesab edilir. 2016-cı ildən Clarivate Analitics şirkəti tərəfindən idarə olunan platforma özündə təbiət, texniki, sosial və humanitar elmlər haqqında məlumatları əks etdirir. Web of Science–də indeksləşən jurnal dünyanın elm ictimaiyyətində yüksək status və təsir gücünə malikdir. Maraqlıdır, Web of Science elmi platformasına hansı bazalar daxildir. Araşdırmalardan bəlli olur ki, dəqiq elmlər üzrə baza Science Citation İndex Expanded(SCİE, Genişləndirilmiş Elmi Sitatlaşma İndeksi), sosial elmlər üzrə Social Science Citation İndex (SSCİ), humanitar elmlər üzrə isə Arts&Humanities Citation İndexdir (AHCİ (İncəsənət və Humanitar Sitatlaşma İndeksi).
Bu bazaların rolundan bir qədər ətraflı bəhs edək. Öncə qeyd edim ki, onlar dünya səviyyəli beynəlxalq yerli və regional jurnalları tərkiblərinə daxil edirlər. Maraqlı burasıdır ki, bu bazalar getdikcə genişlənir, daha çox elmi jurnalı, eləcə də yeni-yeni bazaları öz ətrafında cəm edir. ESCİ (Emerging Sources Citation İndex, İnkişaf Edən Mənbələr Sitatlaşma İndeksi) adlı baza da yeni daxil edilənlər sırasındadır. Bu baza sosial və humanitar elm sahələrindən başqa, digər bütün elm sahələrini əhatə edir. Jurnalın ESCİ bazasına seçilib daxil olması Core Collection –un digər bazalarına daxil olmaq qaydaları ilə eyniyyət təşkil edir.
ESCİ bazasına daxil olmaq üçün də jurnalların qarşısında mühüm tələblər dayanır. Bu tələblərə diqqət yetirək:
1.Elmi məzmuna əsaslanmış ekspert qiymətləndirilməsinə malik olmalı(rəy vermə prosesi);
2. Nəşr etikasına əsaslanan ümumi qəbul olunmuş təcrübəni izləməli;
3. Müəyyən olunmuş texniki tələblərə uyğunlaşmalı;
4.İngilis dilində biblioqrafik məlumata malik olmalı ;
Bəzi jurnallar ekspert qiymətləndirməsindən dərhal sonra bir və ya bir neçə (SCİE, SSCİ, AHCİ) bazaya daxil ola bilər. Jurnalların çoxu isə əvvəlcə ESCİ bazasına daxil olduqdan sonra əsas bazalara daxil ola bilər. ESCİ-yə daxil olma jurnalın SCİE, SSCİ, və ya AHCİ-yə daxil olmasını qarant altına almır. Digər tərəfdən əsas bazaya daxil olan jurnallar artıq uyğun tələblərə cavab verdikdən sonra ESCİ bazasına yerləşdirilə bilər.
Jurnalların SCİE, SSCİ və AHCİ-də qiymətləndirilmə prosesinə baxış:
Qeyd etdiyim kimi, jurnalların Web of Science-ə daxil olması üçün onların qarşısında müəyyən tələblər qoyulur. Biz bu tələblər haqqında bəhs etmişik. Bununla yanaşı, irəli sürülən şərtlər sırasında Nəşrlərin baza standartları, jurnalın məzmunu(faydalı elmi məzmun), Beynəlxalq səviyyəli müəllif və redaksiya heyəti, verilən rəylərin təhlili də yer tutur. Web of Science-ə daxil olan ekspertlər qrupu jurnalın ümumi zəif və güclü tərəflərini bu göstəricilər əsasında təyin edə bilirlər. Qiymətləndirmə prosesinin əsas parametrlərindən biri də jurnalın bütün saylarının vaxtında yayımlanmasıdır. Jurnalın çıxış tezliyi təyin olunub elan edildikdən sonra, Clarivate Analitics şirkətinin ekspertlər qrupunun üzvləri elmi jurnalı qiymətləndirmək üçün növbəti mərhələyə keçə bilərlər. Bu proses adətən şirkətə gün ərzində daha çox jurnalların qəbul olunduğu və ekspertlər tərəfindən təyin olunan prioritet məsələlərin müzakirəsinin təyin edildiyi üçün tez başlamır.
SCİE,SSCİ və AHCİ bazalarına daxil olmaq istəyən jurnalların bütün nömrə və ya buraxılışları ekspertlər qrupu tərəfindən əldə olunmalıdır. Jurnalın təsisçisi yalnız jurnalın üç ardıcıl sayı çapdan çıxdıqdan sonra jurnalı qiymətləndirmək üçün Web of Science ekspertlərinə təqdim edə bilər. Jurnalın qiymətləndirilməsi işi Web of Science bazasına daxil olduqdan bir il müddəti ərzində davam edə bilər. Araşdırmalara görə, hər il SCİE, SSCİ və AHCİ-yə daxil olmaq üçün 3500 jurnal nəzərdən keçirilir. Onlardan yalnız 10% -i bazaya daxil edilir. Göründüyü kimi, bu elmi bazaya daxil olmaq, yalnız qoyulan tələblərə əməl olunamqla mümkündür ki, bunu da hər jurnal əldə edə bilmir. Digər tərəfdən, Web of Science-də indeksləşən jurnalların hamısı daimi olaraq keyfiyyəti nəzarətdə saxlamaq gücündə deyil. Standartları saylaya bilməyən jurnallar bazadan çıxarılır.
Ardı var.

Böyükağa MİKAYILLI


Mənbə:
1.https://openscience.in.ua
2.http://www.rad.pfu.edu.ru
3.http://science-center.ru
4.https://kpfu.ru/library
5.http://www.elsevierscience.ru
6. https://clarivate

Oxşar xəbərlər