Aprelin 17-də Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) hesabat seçki yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyublar. Əklil qoyma mərasimində BSU-nun rəhbər heyəti ilə bərabər YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP-ın Nəsimi rayon təşkilatının aparat rəhbəri Azər Süleymanlı da iştirak ediblər.
Yığıncağın əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva Yeni Azərbaycan Partiyasının keçdiyi böyük və şərəfli yoldan danışıb. O, müstəqilliyin ilk illərində səriştəsiz insanların yürütdüyü siyasət nəticəsində ölkəmizin ciddi sosial- iqtisadi böhran keçirdiyini, Azərbaycanın parçalanma ərəfəsində olduğunu qeyd edib. Rektor həmin illərdə xarici siyasətin də düzgün qurulmadığını və nəticədə Azərbaycanın dünyadan təcrid olunduğunu diqqətə çatdırıb. N.Əliyeva məhz belə bir mürəkkəb dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyini, respublikamızı fəlakətlərdən xilas etmək kimi son dərəcə ağır missiyanı üzərinə götürdüyünü bildirib. O, Yeni Azərbaycan Partiyasının Ümummilli Liderin rəhbərliyi altında vaxtında siyasi meydana atıldığını, partiyanın ətrafına toplanmış fəal siyasi qüvvələrin və müdrik insanların dövlət quruculuğu işinə səfərbər olduqlarını qeyd edib. Üzünü gənclərə tutan rektor Azərbaycan dövlətinin bu qüdrətə, bu gücə asanlıqla çatmadığını, bunun üçün illərlə zəhmət çəkildiyini bildirib. O, Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin quruculuq işləri sayəsində bu gün Azərbaycan dövlətinin dünyada tanındığını diqqətə çatdırıb. Rektor gəncləri dövlət başçısı və Yeni Azərbaycan Partiyası ətrafında sıx birliyə çağırıb. O, Azərbaycanı həm daxildə, həm də xaricdə sevməyən qüvvələrin olduğunu bildirib, onların hər addımda dövlətçiliyimizə qarşı ideoloji, siyasi təxribat aparmağa hazır olduqlarını qeyd edib. N.Əliyeva bu səbəbdən gəncləri sosial şəbəkələrdə ayıq olmağa, dövlətçiliyimizi müdafiə etməyə səsləyib.
Sonra söz alan BSU üzrə YAP-ın sədri Sevinc Axundova iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
Seçkidən öncə BSU YAP GB-nin sədri Şirin Hüseynzadənin YAP GB-nin universitet üzrə illik fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib. Ş.Hüseynzadə çıxışının sonunda BSU-nun rektoru, professor Nurlana Əliyevaya YAP GB-yə göstərdiyi dəstəyə görə dərin təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyasına üzv olan gənc fəallara uğurlar diləyib.
BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin ictimai həyatında və YAP Gənclər Birliyində göstərdiyi fəallığa görə Şirin Hüseynzadəyə təşəkkürnamə təqdim edib.
Təqdimatın ardından Şirin Hüseynzadənin hesabatına dair iştirakçıların rəyi dinlənilib. BSU-nun II kurs tələbəsi Nadir Qədirli Ş.Hüseynzadənin hesabatına müsbət münasibət bildirib. O qeyd edib ki, YAP Gənclər Birliyinə yeni üzv olmasına baxmayaraq il ərzində Ş.Hüseynzadənin təşəbbüsü ilə bir çox layihələrdə iştirak edib. BSU-nun doktorantı Rüfət Həşimov çıxışında əvvəlki illərlə bu ilin müqayisəsini apararaq deyib ki, BSU üzrə YAP Gənclər Birliyi hazırda daha böyük üstünlüklərə malikdir. YAP sıralarında tələbələrin xüsusi fəallıq göstərdiyini nəzərə çatdıran R.Həşimov Ş.Hüseynzadənin fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar arzulayıb.
Çıxışların ardından BSU üzrə YAP Gənclər Birliyinin yeni sədrinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Səsvermənin nəticəsinə uyğun olaraq Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Murad Sadıqov BSU YAP GB idarə heyətinin yeni sədri seçilib. Sonra BSU YAP GB-nin idarə heyətinin yeni sədr müavinlərinin seçilməsinə dair səsvermə olub. BSU-nun II kurs tələbələri Nadir Qədirli və Lalə Məmmədzadə səs çoxluğu ilə yeni sədr müavini seçiliblər. Seçki çərçivəsində BSU YAP GB-nin idarə heyətinin üzvləri də yenidən müəyyənləşdirilib.
Tədbirdə çıxış edən YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, YAP milli siyasi iradəni, habelə xalqımızın milli maraqlarını təmsil edən vahid və aparıcı siyasi qüvvədir. Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin sədrliyi ilə böyük inkişaf yolu keçib. M. İbrahimqızı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizə böyük nüfuz qazandırdığını, Azərbaycanın hazırda regionun lider dövlətinə çevrildiyini xüsusi qeyd edib.
Sonda YAP-a yeni üzv olan BSU-nun 6 fəal tələbəsinə üzvlük vəsiqələri təqdim olunub.
BSU-nun Mətbuat Xidməti