Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində e-vətəndaş proqramı təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində e-vətəndaş proqramı təqdim edilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Qeyri-Hökumət Təşkilatının (QHT) Resurs Təlim Mərkəzinin dəstəyi ilə e-vətəndaş proqramının təqdimatı keçirilib.
Tədbirin təşkilində əsas məqsəd tələbələrin elektron sistemlərdən düzgün istifadəsi və cəmiyyətdə baş verən yeniliklərə qoşulmasının əhəmiyyətini vurğulamaq olub.
Mərkəzin direktoru Azad Məmmədov çıxışında e-vətəndaş proqramının mühüm yenilik olduğunu bildirib və tələbələri QHT layihələrinin qiymətləndirilməsi prosesində fəal olmağa çağırıb.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin fəaliyyəti barədə geniş məlumat verilib. Toplantıda e-vətəndaş xidmətindən istifadə qaydalarından bəhs edən təlimat xarakterli videoçarx nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər