İntellektual müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb

İntellektual müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb Paytaxt məktəbliləri arasında keçirilən "Nizami dünyası” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb.
Onlayn qaydada keçirilən müsabiqənin I mərhələsində hər məktəbdən ən yüksək nəticə əldə etmiş şagird seçilərək II mərhələyə buraxılıb. İkinci mərhələ Bakı şəhərinin inzibati rayonlarında “Kiçik akademiya” üzrə mərkəz olaraq müəyyən edilən məktəblər tərəfindən təşkil olunacaq.
Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvəsləndirici yer) müəyyənləşdiriləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı”nın icrasını təmin etmək, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Tehsil-press.az



Oxşar xəbərlər