Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Siyəzən rayonunda olub. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, daha sonra Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbdə gənc müəllimlərlə görüş keçirilib. Görüşdə Şabran və Siyəzən rayonlarında fəaliyyət göstərən 400-ə yaxın müəllim və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Firudin Qurbanov çıxışında ölkə iqtisadiyyatının artan dinamika ilə inkişafından və davamlılığın təmin olunması istiqamətində məhz təhsil müəssisələrində yetişən insan kapitalının rolundan, eləcə də tədris ocaqlarından və müəllimlərdən gözləntilərdən danışıb. O, həmçinin təhsil sahəsində həyata keçirilən islahatların bu inkişafın nəticəsi olduğunu vurğulayıb.
Nazir müavini qeyd edib ki, hər bir müəllim şagirdlərinə həssas yanaşmalı, ilk növbədə sağlam düşüncəli insan, daha sonra isə dövrün tələblərinə uyğun bacarıqlara sahib vətəndaş yetişdirməlidir. Müasir texnologiyaların həyatımızdakı roluna diqqət çəkən Firudin Qurbanov müəllimin daim öz üzərində işləməli olduğunu, zamanla ayaqlaşa bilən, yeniliklərlə maraqlanıb onu işinə tətbiq edən təhsilverənin müasir şagirdi lazımi şəkildə formalaşdıra biləcəyini vurğulayıb.
Görüşdə, həmçinin Siyəzən və Şabran rayonları üzrə şagirdlərin təlim nəticələri təhlil olunub, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Firudin Qurbanov səfəri çərçivəsində Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyaya da baş çəkib. Nazir müavini müəssisənin şəraiti ilə tanış olub, tədrisin təşkili vəziyyəti ilə maraqlanıb.
Sonra Siyəzən şəhərində vətəndaşlarla görüşüb. Nazir müavini vətəndaşların hər bir müraciətinin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə həlli ilə bağlı tapşırıqlar verib.
Tehsil-press.az