AzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilib

AzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilib Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I, II və V qrupa qəbul olmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə abituriyentlər ali məktəbin professor və müəllim heyəti ilə tanış olub, onlara universitetin fəaliyyəti, təhsil proqramı, burada tədris olunan ixtisaslar barədə məlumat verilib.
Görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədris ocağının tarixindən danışıb, universitetdə bu günə qədər 50 mindən çox ali təhsilli kadrın hazırlandığını deyib. Bildirib ki, hazırda AzMİU-da 8 fakültədə 8500-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır. Tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır.
Gülçöhrə Məmmədova fakültələr, universitetin beynəlxalq əlaqələri barədə də məlumat verib. AzMİU-nun ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara hər yerdə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Rektor abituriyentlərə imtahanlarda uğurlar arzulayıb, onlara düzgün seçim etməyi arzulayıb.
Sonra AzMİU-nun tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyev sıxış edib.
Universitetə yüksək balla qəbul olan tələbələr ali məktəbdə yaradılan şəffaf mühitdən, obyektivlikdən, tələbə-müəllim münasibətlərinin səmimiliyindən razılıq edib, AzMİU-da oxuduqlarından qürur duyduqlarını, buranı seçməkdə yanılmadıqlarını bildiriblər.
Daha sonra abituriyentlər və valideynlər AzMİU-nun auditoriyalarını, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarını gəziblər. Tələbələr, həmçinin böyük kitab fondunda, dünyanın aparıcı elektron kitabxanalarına və resurslarına qoşulan kitabxanada, nadir eksponatlarla zəngin muzeydə, tələbə və müəllimlərin əl işlərindən ibarət sərgi salonunda olublar.

AzMİU-nun Mətbuat Xidməti


AzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilibAzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilibAzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilibAzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilibAzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilib

Oxşar xəbərlər