Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu günlər qədirbilən xalqımız müasir Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edir. ADPU Ulu Öndərə vəfa borcunu müxtəlif formalarda verir. Müstəqil Azərbaycan Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir.
Rektor qeyd edib ki, biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbər seçilərkən ölkəmizi tənəzzüldən xilas etmiş, onu inkişaf yoluna çıxarmışdır. 1969-cu ilin iyul ayının 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatının yüksəlişi dövrü başlamışdır.
Ulu öndər Heydər Əliyev ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımızın milli müstəqillik arzusunun bütövlükdə həyata keçirilməsini təmin etdi. Öz müdrik siyasəti, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın formal, nominal müstəqilliyini faktiki, hüquqi müstəqilliyə çevirdi. Ulu Öndər müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında tanıtdı, Azərbaycanı nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü etdi.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı. Heydər Əliyevin müdrik siyasi məktəbinin layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev də Ulu Öndərimizin xalqımız və dövlətimizlə bağlı ideallarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi daha da gücləndirdi və inkişaf etdirdi. Cənab Prezidentimizin uzaqgörən və tərəqqipərvər siyasəti Azərbaycanı ictimai-siyasi sabitliyin qorunması və dinamik iqtisadi inkişaf baxımından regionun lider dövlətinə və əsas söz sahibinə çevirmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Biz bugünkü müstəqil, sürətlə inkişaf edən, dünya siyasətində və beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan Azərbaycana görə Heydər Əliyevə borcluyuq.
Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova və Tələbə Gənclər Təşkilatının sədr müavini Taleh Mirzəyev çıxış edərək bildiriblər ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider idi. Heydər Əliyev həmişə xalqına, millətinə ləyaqətlə, fədakarlıqla xidmət göstərib. Çıxışlarda Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin, mədəniyyətin, gənclərin və qadınların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı öz dolğun əksini tapıb.
Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, həmçinin müstəqillik dövründə qazanılan uğurlar barədə geniş məlumat verilib.
Tədbirdə “Ulu bir sərkərdə, ulu bir öndər” adlı şeir səslənib, Heydər Əliyev haqqında film nümayiş etdirilib, “Torpağın səsi” adlı musiqi və “Yaşa Azərbaycan!” adlı mahnı səslənib, “Azərbaycançılıq bir amildir” videoçarxı nümayiş olunub, türkiyəli tələbə Kadir Palalı Heydər Əliyev barədə şeir oxuyub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi