Biz əmin idik ki, UEFA Avropa Liqasının final matçı Bakı şəhərində çox yüksək səviyyədə keçəcək.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, Azərbaycanın belə tədbirlərin keçirilməsində artıq böyük təcrübəsi var: “Ölkəmiz “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlərin hər biri yüksək səviyyədə baş tutub. Eyni zamanda Azərbaycana gələn bütün azarkeşlər ölkəmizi, xalqımızın qonaqpərvərliyini, təşkilatçılığı yüksək qiymətləndiriblər.
Lakin təəssüflər olsun ki, UEFA Avropa Liqasının final mərhələsinin Bakı şəhərində keçirilməsi ərəfəsində Azərbaycan növbəti şər-böhtan kampaniyası ilə üzləşdi. Bunun başlıca səbəblərindən biri erməni lobbisi idi. Ölkəmizin inkişafını gözü götürməyən bəzi dairələr də erməni lobbisi ilə birləşdilər. Təəssüf ki, "sapı özümüzdən olan balta"lar da Azərbaycana qarşı aparılan bu çirkin kampaniyaya qoşuldu. Bu qarayaxma kampaniyasından sui-istifadə edən daxildəki radikallar, eyni zamanda xaricdə yaşayan bəzi satqınlar bunu toy-bayrama çevirdilər. Ancaq onlar heç nəyə nail ola bilmədilər. Tədbir çox yüksək səviyyədə təşkil olundu və ölkəmizə gələn insanlar da razı qaldılar. Final mərhələsi bir daha sübut etdi ki, Azərbaycan belə yarışların keçirilməsinə hər zaman hazırdır”.
Deputat əlavə edib ki, ölkəmizin inkişafını gözü götürməyənlər belə çirkin kampaniyalarla heç nəyə nail ola bilməyəcəklər: “Çünki Azərbaycanda iqtidar ilə xalq arasında monolit birlik var. Bu gün cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti Azərbaycan xalqı dəstəkləyir”.
Tehsil-press.az