Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının BSU ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin universitetdəki büstünün önünə əklil və gül dəstələri qoyublar. Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər. Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, bu gün xalqımızın həyatında çox ağır və hüznlü gündür. Bu gün Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin vəfat etdiyi gündür. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafı, xalqımızın mənəvi-mədəni təkamülü, milli-mənəvi dəyərlərinin qorunub gələcək nəsillərə ötürülməsi üçün fədakarlıqla fəaliyyət göstərib. Birinci dəfə 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin əzmkarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı sayəsində ölkəmiz sürətli inkişaf yoluna çıxıb, iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində əsaslı dönüşə nail olunub. Heydər Əliyev Azərbaycanda milli oyanışın, iqtisadi və sosial tərəqqinin banisidir. 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini seçilən Heydər Əliyev böyük məsuliyyət tələb edən sahələrə uğurla rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsindən dərhal sonra ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş bu cinayətə kəskin etiraz edib.
Bildirilib ki, ulu öndər Heydər Əliyev Azərbaycana yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizi, milli dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib, böyük uzaqgörənliklə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıb. Heydər Əliyevin zəngin həyat və idarəçilik təcrübəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində Azərbaycanda möhkəm daxili ictimai-siyasi sabitlik, qanunçuluq bərpa olunub, yeni neft strategiyası işlənib hazırlanıb və uğurla həyata keçirilib. Böyük düha və zəka sahibi olan Heydər Əliyev Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyası və beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması üçün geniş fəaliyyət göstərib, bu sahədə də yüksək nəticələr əldə edib. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Qədirbilən xalqımız ümummilli liderimiz Heydər Əliyevin xatirəsini həmişə əziz tutur.
Rektor qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox qarışıq və mürəkkəb dünyamızda ölkəmizi böyük məharətlə, siyasi uzaqgörənliklə idarə edir, respublikamız böyük nailiyyətlərə imza atır. BSU-nun tələbələri ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənməli, onun ideyalarına sadiq qalmalı, dövlət başçımızı qətiyyətlə, prinsipiallıqla dəstəkləməlidirlər.
Sonra ulu öndər Heydər Əliyevin həyat yolu və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan filologiyası fakültəsinin tələbəsi Hicran Əliosmanova “Qayəsi nur, özü də nur” şeirini, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Safura Bənnayeva “Vətən oğlu” şeirini, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin tələbəsi Jalə Əfəndiyeva “Sən qalib gələcəksən!” şeirini səsləndiriblər.
Sonra Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Səbinə Nəsiblinin “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzusunda məruzəsi dinlənilib, ümummilli lider Heydər Əliyevin ailəsi haqqında videoçarx təqdim olunub.
Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin tələbəsi Xədicə İsmayılova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xalqımızın ümummilli lideri Heydər Əliyevə ithaf etdiyi “Elegiya” şeirini oxuyub, Tərcümə fakültəsinin tələbəsi İlkin Xəlilov “Ulu öndər Heydər Əliyevin xalqın milli identikliyinin yüksəldilməsində rolu” mövzusunda çıxış edib.
Tədbirdə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Nərmin Yusifli “Ulu Öndər” şeirini, Tərcümə fakültəsinin tələbəsi Diana Məmmədli “Yaşa, var ol hər zaman Azərbaycan!” şeirini söyləyiblər.
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir tələbələr arasında keçirilən debatla davam edib.

BSU-nun Mətbuat Xidməti