ADA Universitetin Nur-Sultanda keçirilən “Begin edu fair” beynəlxalq sərgidə təmsil olunmasının əsas məqsədi Qazaxıstan tələbə və şagirdlərinə ölkəmiz və universitet haqda ətraflı məlumat verərək gələcəkdə çoxlu sayda tələbələrin cəlb edilməsidir.
Keçən il keçirilən sərginin nəticəsi olaraq universitetə xaricdən tələbələr müraciət etməyə başlayıblar. Təklif olunan “Topçubaşov” adına beynəlxalq təqaüd proqram çərçivəsində xarici tələbələr təhsil haqqından azad edilirlər.
Universitetin Qazaxıstanın iki ali məktəbi ilə sıx əməkdaşlıq etdiyini bildirən A.Hüseynova razılaşmalara əsasən tələbə mübadiləsi proqramının həyata keçirildiyini deyib.
Builki sərgidə ADA universitetinin pavilyonuna 100-dən çox müraciət qeydə alınıb. Müraciət edənlərin əksəriyyəti biznes və informasiya texnologiyaları ixtisaslarına maraq göstərirlər.
Tehsil-press.az