Tədqiqatçıların hesablamalarına əsasən , pandemiya nəticəsində 1 milyarddan çox insan işini itirə bilər. Onlar həm də pandemiyadan sonra tələb olunan peşələri sadalayıblar. Eyni zamanda hansı peşə sahiblərinin iqtisadiyyatı xilas edəcəyini də müəyyənləşdiriblər.
Beləliklə, ötən həftə ərzində təhsildəki trendlərin siyahısı:
* HR sahəsində ekspertlər hesab edirlər ki, ofis əməkdaşlarının, təxminən 20% - i işsiz qalacaq. İstehsal, restoran və otel biznesinin işçiləri zərər çəkəcək, internet marketinqi və texnologiyaları artacaq.
* Uorik Universitetinin tədqiqatçıları hesab edirlər ki, pandemiyadan sonra iqtisadiyyatı bərpa etmək üçün 20-30 il vaxt lazımdır. Gənclər COVID-19 infeksiyasına daha davamlıdır və asanlıqla keçirə bilirlər, buna görə də ilk işə çıxanlar onlar olacaq.
* "Glassdoor" tədqiqatçıları hesab edirlər ki, koronavirus epidemiyasından sonra əmək bazarı zəifləyəcək, ancaq çökməyəcək. Onlar pandemiyanın sonunda tələb olunacaq peşələri müəyyən ediblər. Bunların arasında Big Data üzrə ekspert, fərdi IT-məsləhətçisi və qulluq üzrə köməkçi kimi peşələr var.
* Cornell Universitetinin alimləri yazılı ünsiyyətdə süni intellektin rolunu yoxlayan tədqiqat aparıblar. Tədqiqatın müəllifləri hesab edirlər ki, texnologiyalar insanlara daha etibarlı münasibətlər qurmağa kömək edir və "təhlükəsizlik yastığı" kimi xidmət edir.
* Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 1,25 milyard insan - turizm, ictimai qidalanma, pərakəndə ticarət və istehsalat sahələrində çalışan lar son dərəcə zəif vəziyyətdədir. Bu, dünya işçi qüvvəsinin 38% - ni təşkil edir.
İkinci rübdə (aprel, may, iyun) iş vaxtının azalması gündəlik 6,7% təşkil edəcək, bu isə 197 milyon nəfəri əhatə edir. Əgər pandemiya zəifləməsə, işsizlik artacaq. İşsizlik nə qədər çoxdursa, iqtisadiyyat bir o qədər zəifdir, şəhərlər də, insanlar da o qədər yoxsuldur.
Proqnoz 1: işi itirməmək üçün təlabat artan sahələrə keçmək lazımdır. Məsələn, proqramlaşdırma, HR, dizayn. Trend gələcəkdə ixtisasartırma və peşələrin mənimsənilməsi olacaq.
Proqnoz 2: uşağın harada, hansı iş yerində olacağından asılı olmayaraq, onun çevik bacarıqlarını inkişaf etdirin. Yumşaq bacarıqlar (Soft skills ) öyrənmə və iş çətinliklərinin öhdəsindən gəlmək, karyera qurmaq və digər insanlarla möhkəm əlaqələr yaratmağa kömək edəcəkdir.
Tehsil-press.az
[/right]