Azərbaycan Universitetində yay imtahan sessiyası bu prosedurlar əsasında təşkil olunur

Azərbaycan Universitetində yay imtahan sessiyası bu prosedurlar əsasında təşkil olunur Azərbaycan Universitetində bu gündən yay imtahan sessiyasına start verilib. Sessiya Elmi Şuranın qərarlarına uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn rejimdə aşağıdakı prosedurlar əsasında təşkil olunur:
1. Tələbələr cari semestrdə nəzərdə tutulmuş bütün fənlər üzrə imtahan otağına qoşulmalı və təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq 100 ballıq sistem üzrə onlara təklif olunan yekun qiymət ilə tanış olmalıdırlar.
2. ÜOMG ilə razılaşan tələbələr müvafiq fənn üzrə bilik və bacarıqlarını müsahibə (sual-cavab) formasında təsdiq edirlər.
3. ÜOMG balı 51-dən aşağı olan tələbələr akademik borc yaranmaması üçün onlayn rejimdə bilet çəkərək imtahan verirlər.
4. ÜOMG ilə razılaşmayan və qiymətlərini yüksəltmək istəyən tələbələr də onlayn rejimdə bilet çəkərək imtahan verirlər.
Qeyd edək ki, sessiyanın birinci günündə imtahan otaqlarına 68 qrupda 68 fənn üzrə 889 tələbə qoşulub. ÜOMG balı 51-dən aşağı olan və bilet çəkərək imtahan verən 132 tələbə məqbul qiymət alıb. Universitet tərəfindən təklif olunan ÜOMG balı ilə razılaşmayan 10 tələbə üçün isə imtahan təşkil olunub.
Yay imtahan sessiyası iyulun 6-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər