Lənkəran Dövlət Universitetində ( LDU) Elmi Şuranın növbəti iclası onlayn formatda keçirilib.
Elmi Şura üzvlərini salamlayan LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkədə və universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması istiqamətində aparılan işlərdən danışıb. Pandemiya dövründə dərslərin məsafədən tədrisi istiqamətində mümkün olan bütün tədbirlərin görüldüyünü deyən N.İbrahimov müəllimlərə təşəkkürünü bildirib, tələbələrin böyük əksəriyyətinin onlayn dərslərdə fəal iştirakını müsbət hal kimi dəyərləndirib.
Elmi Şura üzvlərinin yekdil rəyi ilə “2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi qaydaları” ilkin müzakirə edilib. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos.İdrak Əsgərov ətraflı məlumat verib. Diqqət çəkən əsas məqamsa LDU-da tələbələrin yaz semestrinin imtahan sessiyasında nəzərdə tutulan imtahanların 35%-dən azad edilməsi olub. Mövcud vəziyyətlə bağlı tələbələrə digər güzəştlər də edilib. Hər bir fənn üzrə tərtib olunmuş imtahan suallarının sayı fənnin məzmunu və əhatəliyi gözlənilməklə azaldılıb və sadələşdirilib.(Qeyd edək ki, universitetin rəsmi saytında və fecebook səhifəsində İmtahan qaydaları bütövlükdə yerləşdirilib).
“Sonuncu tədris ili tələbələri üçün pedaqoji və istehsalat təcrübələrinin qiymətləndirilməsi haqqında” məlumatı da Elmi Şura üzvlərinə dos.İrdak Əsgərov çatdırıb. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş , o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə(ÜOMG-nə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.Bu qiymətləndirmə ilə razı olmayan tələbələr üçün isə ixtisas üzrə dövlət imtahanının iyun ayının 30-dan iyul ayının 5-dək onlayn qaydada təşkili nəzərdə tutulub.
“Magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi qaydaları haqqında” tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dos.Elvin Əliyevin məlumatı dinlənilib.Magistratura səviyyəsində magistrlik dissertasiyasının məzmununa və yazılmasına qoyulan ümumi tələblər yerinə yetirilməklə magistrlik dissertasiyasının magistrant tərəfindən poçt vasitəsilə müvafiq fakultə dekanlığına təqdim edilməlidir və ixtisaslaşdırılmış şuraların iclasları onlayn qaydada təşkil olunmaqla magistrlik dissertasiyasının müdafiəsi 16-25 iyun 2020-ci il tarixləri arasında (cədvəl üzrə) keçiriləcəkdir.
Onlayn keçirilən Elmi Şurada universitetdə fəaliyyət göstərən fakültələrin strukturunda dəyişiklik edilməsi ilə bağlı məsələ də müzakirə edilib .Bu barədə təklifləri dos.İrdak Əsgərov səsləndirib. Bildirib ki, universitet üzrə qəbul planının ildən-ilə artması fakültələr üzrə tələbə sayının dinamik artımına səbəb olub. Bu isə fakültələrdə operativ şəkildə işin təşkil olunmasında bir sıra çətinliklər törədir. Bu məqsədlə Humanitar fakültənin nəzdində iki -“Filologiya və ibtidai təhsil” və “Tarix-coğrafiya və incəsənət” fakültələrinin yaradılması təklif olunub. Bundan əlavə ,Təbiyyat fakültəsində olan Tarix və coğrafiya ixtisası “Tarix-coğrafiya və incəsənət” fakültəsinə aid edilir. Coğrafiya və ekologiya kafedrasında aid edilən ekologiyaya aid fənllər götürülərək Biologiya və tibbi biliklər kafedrasına verilir və bu halda Coğrafiya və ekologiya kafedrasının adı “Coğrafiya və onun tədrisi metodikası” ,Biologiya və tibbi biliklər kafedrasının adı isə “Biologiya və ekologiya” adı ilə dəyişdirilir. İbtidai təhsil və məktəbəqədər təlim kafedrasından isə incəsənət yönümlü fənnlər götürülərək Humanitar fənlər kafedrasına verilir və bu halda Humanitar fənnlər kafedrasının adı “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedrası adlandırılır.Təkliflər geniş müzakirə edildikdən sonra əlavələrlə onlayn səsvermə yolu ilə qəbul edilib.
Elmi katib Allahşükür Quliyev “Universitetdə vakant olan seçkili vəzifələrlə bağlı elanın müvəqqəti olaraq ertələnməsi haqqında” məsələ ilə bağlı məlumat verib.Müzakirə zamanı məsələnin yeni tədis ilinə kimi təxirə salınması məqsədə müvafiq sayılıb.
Elmi Şurada digər cari məsələlərə də baxılıb.Müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib.
Tehsil-press.az